opencartda yaddaş (memory limit error)

Salam. Düz 3ay olar ki belə problemim var həll edə bilmirəm heç kim edə bilmir kim kömək edə bilər? bu problem məni boğaza yığdı vallah. xahiş edirəm kimsə mənə kömək etsin lap pulla da olsa. deməli opencart sayt qurdum indi kateqoriya əlavə edəndə yaddaş problemi çıxır. kateqoriyaya girəndə Fatal error: Allowed memory size of 67108864 bytes exhausted (tried to allocate 7358 bytes) in /home/xxx/public_html/system/library/url.php on line 26 Yazılır. bu 3 ayda çox adam çox şey elədi mən özüm də ama xeyri olmadı. 2 hostinq provayderi dəyişdik yenə xeyri olmadı. hostgatordan idi əvvəl. supportdan dedilər reseller götür sonra da dedilər VPS. VPS götürdük di gəl ki yenə xeyri olmadı. system adminstrator da kömək etmədi. kateqoriyandan birini silirəm error gedir yaradıram yenə gəlir. php.ini və htaccess ilə nə qədər yaddaşı artırmışamsa xeyri yoxdu ona görə xahiş edirəm yaddaşı artırın deməyin. indi keçmişik godaddy-ə yenə həmin error çıxır. supporta yazmışıq deyir scriptlikdi. ama yaddaş problemidi axı. baxıram memory limit 64M . deyirəm bunu artır xeyri yoxdu deyir scriptlikdi. niyə artırmır? kim mənə kömək edə bilər?

Verilmiş cavablar və yazılan şərhlər (8 cavab var)

Ayxan (2015-04-22 23:53:28)
Digitalocean... 5 dollar aylıq-dan başlıyır. 512 MB ram, 20 gb SSD

elliston (2015-04-08 13:03:24)
Ayxan siz hardan almisiz vpsi? ayliq ne qeder odeyirsiniz?

Ayxan (2015-04-06 12:29:58)
Məndə opencart istifadə edirəm VPS-də. 512 MB ram-dı serverim. Super də işdiyir. www.alapar.az Məndə də bu problem çıxırdı çoxdan amma bir dənə şəkili böyük ölçüdə olan məhsula girəndə çıxırdı. memory_limiti artırdım problem həll oldu.

E. Hacı (2015-04-06 00:05:11)
e-haci.net əlaqə bölməsindən detallı təsvir edin, imkan olsa araşdırarıq. dediyim kimi, bu heç də bazanın böyük olması ilə əlaqədar olmalı deyil, başqa problemlər də ola biər.

elliston (2015-04-05 21:47:32)
eləmişəm əlbəttəki. xeyri yoxdu. sizcə bu 3 ay ərzində googleu ələk-fələk eləməmişəm?

Ayxan (2015-04-05 17:36:41)
php.ini faylında memory_limit parametrini artırın

elliston (2015-04-05 15:55:12)
axı heç məhsul yükləməmiş ki tez dolsun. Opencartdı. scriptdən olsa başqa opencartlarda da yaranar axı bu problem. istəyirsiniz mail adresinizi verin ora ətraflı yazım alınsa ödənişli həll edək

E. Hacı (2015-04-05 11:16:15)
Vpsin parametrləri necədir? Ola bilər ki skriptinizde idi problem var. Ona görə də hosting deyismek isə yaramir. Ümumiyyətlə bu tip e ticarət dinamik saytlar üçün shared hosting yaramir, Elə ən minimal halda vps olmalıdır. Vps olduğu halda da bu problem çıxarsa o halda fərdi tədqiq edilməlidir kod. Ki bəlkə nəsə ağır query var hardasa.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

PHP Database baglantisi (LOGIN SIGNUP)

Input-dan gələn nömrəni formaya salmaq

MYSQL bazayla əlaqə

Ən optimal mysql sorğuları

Elan Tipli saytlar necə yaradılır ?

PHP üçün kodlab.com – dan kitab