Veb dizaynerlik sahəsində təhsil almaq üçün hansı ixtisas qrupuna imtahan verməliyəm və hansı universtetlərdə bu fakultə var?
Veb dizaynerlik sahəsində təhsil almaq üçün hansı ixtisas qrupuna imtahan verməliyəm və hansı universtetlərdə bu fakultə var?
Verilmiş cavablar və yazılan şərhlər (4 cavab var)
1
Salam xeyr elə bir ixtisas yoxdu web dizaynerlik üçün heç universitetə də ehtiyac yoxdu tək öyrənmək olar komputer elmləri, inf. Texnologiyaları ixtisasları var 1-ci qrupda onlarda sırf web dizaynerlik deyil proqramlaşdırma keçilir o ixtisaslarda
0
web design üçün gərək siz Css programming language öyrənərsiniz… ali təhsil üçün isə universitet lazımdır… Orada daha da ətraflı öyrədirlər…
1
ay Pr0graMMeR Elvin css haçandan proqramlaşdırma sayılır? ))
—–
Sevil, Siz sualı ətraflı versəniz daha yaxşı olar. Çünki bizim ölkədə dizayner iki cür başa düşülür. Dizayn proqramları ilə (fotoşop corel adobe muse və s.) ilə hazırlanan veb-dizayn (PSD) və verstalşik- hansı ki həmin dizaynerin yığdığı PSD dizaynı css, html, jquery və s. köməkliyi ilə kodlaşdırır və veb hala gətirir. əgər veb dizayner olmaq istəyirsinizsə googledan, youtubedan öyrənə bilərsiniz mən bilən kursları da olmalıdı.
1
Hazırda verstalşik deyilən peşədə işin ən az hissəsi verstka işidir, indi artıq js proqramlaşdırma daha aktualdır. Ona görə də artıq bu peşəyə versalşik, dizayner və.s. demək düz çıxmır. Şəxsən biz öz aramızda qərbdə deyilən kimi deyirik: frontend developer və backend developer. Yəni üz hissəni(html,js,css) hazırlayan front proqramçıdır, ənənəvi hissə, yəni server tərəfdə çalışan hissəni (php, python, ruby, jsp və.s.) hazırlayan isə backend proqramçıdır, hansı ki əvvəllər sadəcə proqramçı adlanırdı. Bunların yaxşı tərcüməsi də tapılsa iş tam düzələr.
Sual verin
Cavab verin