WPML işlədən olub? pullu ən yaxşı həll demək olarmı?

Salam, əvvəl çox dil üçün qtranslate işlədirdim, amma buda son versiyalarda işləmir deyəsən. Buna görədə wpml almaq qərarına gəldim. Bu plug ini işlədən olub? Azərbaycan dili üçün nəsə problem falan olmur.

Verilmiş cavablar və yazılan şərhlər (4 cavab var)

local (2015-04-07 16:36:32)
Aydındır çox sağ olun, düşünürəm ki, plug in ilə işimi görəcəm, çünki elə template wpml ready-dir. Wordpress gələcək versiyalarda buna bir çarə tapsa idi çox gözəl olardı.

E. Hacı (2015-04-07 16:31:43)
Kiçik pluginlər var ki, bu tip relationu təmin edir. Yəni bu səhifədəki müvafiq posta page-ə o biri dildəki hansı post page uyğundur. Ondan sonra heç bir dəyişiklik bu əlaqəni pozmur, zira əlaqə İD-yə görə olur

local (2015-04-07 16:04:59)
Amma multisite olan zaman, gərək hər səhifənin digər dillərdəki analoqlarını bazada bir yerdə tutam ki, hansısa bir səhifədə dil dəyişdikdə, eyni səhifədə qalsın eləmi?!

E. Hacı (2015-04-07 15:35:37)
bəli ən yaxşı həll demək olar. xeyr, problem olmur. amma ən yaxşı həll mənə görə plugin yox, multisite həlldir, hər dil üçün bir subsayt yaratmaq(hər dil üçün bir sayt yox ha, məhz subsayt, worpress network imkanı ilə)

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

WPML ile add_settings_field labelini tərcümə etmək