Salam.
Məndə modemdə hər zaman sürəti bunu görsədir
Download 6141 kbps
Upstreem 1015 kbps
Speedtest.net saytinda ise
Download 5.20 kbps
Upstreem 80 kbps
Kimə inanım ?
Salam.
Məndə modemdə hər zaman sürəti bunu görsədir
Download 6141 kbps
Upstreem 1015 kbps
Speedtest.net saytinda ise
Download 5.20 kbps
Upstreem 80 kbps
Kimə inanım ?
Verilmiş cavablar və yazılan şərhlər (7 cavab var)
0
SpeedTest real sureti gosterir
0
Operatora zeng edib sikayet edende deyir modeme bax orda 6mb gorsedir demek 6mb- dir.
2
6 Mbitlə 5.20 kbps arasında az qala “yerlə göy qədər fərq” var, Siz bir də SpeedTest.netdən yoxlayın, əgər təkrarən həmin sürəti görsəniz, şikayət edin, deyin usta göndərib, real sürəti gözünüzün qabağında ölçüb, rəsmi şəkildə akt bağlasınlar. Əgər Sizdə fiberoptik bağlantı yox, ADSLdirsə, Azərbaycan reallığında Sizə 3Mbpsdən artıq sürət verilməsi bir az gülünc görünür, çünki, hava şəraiti qarın əriməsi, yağışlar, güclü külək ADSL texnologiyasının işləməsində çox böyük problemlər yaradır. Bu problemlər telefon xəttlərinin istifadə ömrünü azaldır və internetdə tez – tez kəsilmələr yaradır. Xəttin parametrlərinin aşağı düşməsi nəticəsində internet sürəti abonentə itkilərlə çatır.
Digər səbəblər:
24 Meqabit – ADSL texnologiyasının maksimal sürətidir. Bakı ərazisində 5 mbit sürəti qəbul edə bilən telefon xəttləri çox nadir hallarda rast gəlinir. Əksər xəttlər keçən əsrin ortalarında çəkilmişdir;
Unutmayın ADSL assimetrik texnologiyadır, yəni göndərmə sürəti qəbul etmə sürətindən dəfələrlə aşağıdır. Bu isə yüksək tutumlu məlumatların göndərilməsində çox böyük əhəmiyyət kəsb edir;
Sizin binanızda sizdən başqa ADSL dən istifadə edən qonşularınız varsa, xəttlərdəki problemlər özünü əhəmiyyətli dərəcədə göstərəcəkdir. ADSL texnologiyası yaradılanda bu qədər məşhurlaşacağı nəzərdə tutulmamışdı.
Bakinternetdə olduğum zaman (4-5 ilin söhbətidir, bəlkə də daha əvvəlin) 2Mbpslik müqaviləm var idi, sonra qiymətlər düşdü, amma evdəkilərin xəbəri olmadığından gedib əvvəlki qiyməti (6 ay dalbadal) ödəyirdilər. Öyrənəndə getdim şikayət etməyə, dedilər ki, Sizə 3 Mbps sürət veririk, ona görə Sizdən əvvəlki məbləği alırıq. Dedim axı mən hələ də 2 Mbps sürət alıram, dedilər ola bilməz bizdə Sizə göndərilən sürətin 3 Mbps olduğu yazılıb. Dedim ki, mən Sizin məlumat bazanızda nə yazıldığı maraqlı deyil, mən faktiki 2 Mbps sürət alıram. Usta göndərdilər, usta rəsmi akt tərtib etdi ki, həqiqətən 2 Mbps gəlib çatır. Günahı atdılar ATSin boynuna… Çox keçmədi ki, ayrıldım Bakinternetdən…
Qısası nə alırsınızsa, onu ödəyin!
0
Mende her zaman 5.20 mb suret gorsedir speedtest.net de
Superonline di mende. Zeng edende deyirler baxin modeme sizde orda 6mb yazilib demek biz 6 mb veririk.
Yegin telefon xettindendi.
Vessalam. Atirlar xettin ustune. Amma xett yaxsidi mende.
0
Gel bunlara nese subut elede. Zeng vurdum deyir Testspeed ozu internetle islediyi ucun sureti 80% az gorsedir 5.3 gorsedmelidi filan.
Sizin xettiniz tam problemsiz ve aciqdir hec bir problem yoxdur ve 6 mb tal size catir.
Indi gel bilde duz deyirler ya yox.
1
hansisa fayl yukle internetden, bax gor saniyede nece kb yuklenir texmini. saniyede 500-700 kb arasi yuklenme varsa demeli provayder normal 6 mbit sureti verir size.
yox eger speedtest dogru gosterirse,onda yuklene fayl saniyede texmini 50 kb yuklenecek. Siz yoxlayin ve neticeni yazin istiyirsinizse
0
He duzdur, 600-650 kb yukleyir. Menegerle yukleyirem.
Sual verin
Cavab verin