Pul qəbul edən Paypal üçün imza toplama kampaniyasina start verildi

Salam hörmətli həmvətənlərim. Bildiyimiz kimi Azərbaycanda Paypal ilə ödəniş oluna bildiyi halda, ödəniş qəbul etmək çətin məsələdir. Paypal bir çox ölkələrdə artıq ödəniş qəbulunu aktiv etmişdir. Sual: Paypalın Azərbaycanda ödəniş qəbulunu aktiv etməsi bizim üçün nə dərəcədə əhəmiyyətlidir? Cavab: Bildiyimiz kimi dünyada Ebay kimi məhşur Elektron ticarət saytları ödənişləri paypal ilə qəbul edir. Ebay ilə məhsullarını satıb ciddi gəlirlər əldə edənlər çoxdur. Nəyə görə biz Ebayda məhsul sata bilməyək? Bacardığımız qədər bunu paylaşıb səs toplamağa çalışaq. Lazım olan səsi toplaya bilsək, paypalı Azərbaycanda aktiv edə bilərik Bunu dostlarınızla paylaşmağı unutmayın... Uğurlar Hamımıza!!! https://www.change.org/p/azeribaijani-users-of-paypal-azerbaijan-have-more-than-100-000-users-who-can-buy-and-sell-or-trade-online-by-giving-opportunities-to-our-country-profit-will-for-both-sides-in-azerbaijan-will-improve-small-bussiness-and-paypal-will-get-more-fees Share petition · Azeribaijani users of Paypal: Azerbaijan have more than 100.000 users who can... change.org Qeyd:Səs verdikdən sonra emailinizə girib səsinizi təsdiqləyin

Verilmiş cavablar və yazılan şərhlər (3 cavab var)

maximus0977 (2015-04-18 04:32:44)
bes sizce niye maraqli deyil paypal ucun bizim olke? Negeder ki, olkenin qanunvericilik ve bank sistemi dunya standardlarina uygun olmayacaq, paypal Azerbaycana maraq gostermiyecek.

Namazov Ismayil (2015-04-13 19:32:30)
Bunu kimi çox petition hazırlanıb hədəfidə keçib lakin Payal üçün bizim ölkə maraqlı deyil.

E. Hacı (2015-04-13 09:43:06)
Paypalın öz strategiyası var, bizim bazarı sizdən bizdən daha yaxşı tanıyırlar, ödəmə qabiliyyətini də, potensial satıcıları da. Bu ölçüdə bazar onlar üçün göründüyü kimi maraqlı deyil. 2011-dən bəri çox cəhd olub bu yöndə, həm change ilə həm də birbaşa məktubla, amma heç bir faydası olmayıb, çünki onların öz marağında deyil hələ ki bura. 100 000 yox barı 1000 qoyaydız hədəfi, ki real olsun. Uğurlar.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Paypal və visa kart, çox önəmli

Paypal-da 4 rəqəmli kod

Paypal hesabına pul göndərilməsi

paypalda ödəniş səhvi

Ebay və Paypal

Paypalda qeydiyyatla bağlı yaranan sual