Sayt üçün skripti sıfırdanmı yazdırmalı?

Salam. Bir məsləhətinizə ehtiyacım var. Bir proyekt üzərində işləyirəm, getdikcə inkişaf etdirməyi düşünürük, texniki tapşırıq hazırdır. Sizcə, bu proyekt üçün skripti sıfırdan kodlanmaq şərtilə sifariş etməlimi, yoxsa hazır skriptlərdənmi (dvijok) hazırlatmalımı? Hansının nə kimi üstünlükləri var? Əvvəlcədən təşəkkürlər.

Verilmiş cavablar və yazılan şərhlər (3 cavab var)

seaman (2015-04-22 12:54:12)
Çox sağ olun, Software Developer, ətraflı cavaba görə!

Software Developer (2015-04-21 10:56:52)
Bəli, fərdi yanaşmaq lazımdır. Ola bilər ki cms və hazır modullar ilə effektiv həll alına, ola da bilər ki heç bir cms sizə lazım olan spesifik özəllikləri verməyə, məcburən əlavə yamaqlar gərək ola. O halda təbii ki sıfırdan yazmaq daha uyğun olar. sıfırdan da yazarkən framework ilə yazmaq daha məsləhətlidir, təhlükəsizlik və peşəkarlıq baxımından

maximus0977 (2015-04-21 08:14:01)
Əgər script standard scriptdirsə yenidən velosiped icad etməyə nə gərək var. Yazılmış şeyi təzdən yazmazlar. Bu həm də artıq xərcdi. Cavabdan da bəlkə anlamış olarsınız ki, aralarında son nəticədə heç bir fərq olmayacaq.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Codecanyon-da yoxlama vaxtı

Skriptləri necə düzəldirlər?

eBay skript

Avtomatlaşmış elan paylaşan proqram haqqda.

hazir skript

Sayt üçün flash şəkil qalereyasi yaratmaq üçün sayt axtarıram.