TQDK sənəd qəbulu

Salam mən sual varmek isdeyirem çox vacibdi xaiş edirəm cavab veresiz. TQDK-ya sened vermək üçün hansı senedler lazımdı və necə etmək olar xaiş edirəm bilən varsa yazsin

Verilmiş cavablar və yazılan şərhlər (3 cavab var)

Namazov Ismayil (2015-04-24 03:54:27)
Salam siz orta məktəbi neçənci ildə bitirmisiz əgər bu ildə bitirmisizsə aşağıda yazdığımı ardıcıllıqla yerinə yetirin, əgər əvvəlki illərdə məzun olmusuzsa (3-cü bəndə yazdığım alınmayacaq. Ərizəni təsdiq etmək üçün SQK-ya müraciət etməlisiz. SQK-ya müraciət edərkən varsa hərbi bileti özünüzlə aparın. Əgər hərbi biletinizdə yoxdursa o zaman Hərbi komisarlğa müraciət edin və Ali təhsil məktəbinə qəbul üçün sizə sənəd versinlər daha sonra isə SQK-ya müraciət edin) Əgər bu il bitirmisizsə məktəbi o zaman ardıcılıqı yerinə yetirin. 1.Ödəmə kartı alın (Bunun üçün 7725 nömrəsinə boş sms göndərin. Sizə şifrə və iş nömrəsi göndəriləcək) 2. Ödəmə kartınə əldə etdikdən sonra bura daxil olub smslə gələn iş nömrəsini və şifrəsini yazıb sistemə daxil olun. 3. Daxil olduqdan sonra məlumatları düzgün şəkildə doldurun və aşağıda yer ala ƏRİZƏNİ TƏSDİQ ET düyməsini sıxın. (ərizə təsdiq etməmişdən qabaq düzgün doldurduğundan əmin ol. Əgər təsdiq etməsəz imtahana buraxılmayacaqsız) 4. Ərizəni təsdiq etdikdən sonra artıq edəcəyiniz çox şey qalmır. Sadəcə imtahana 1 həftə qalmış TQDK saytına daxil olaraq müafiq yerə şifrə və iş nömrəsini yazaraq imtahana buraxılış vərəqini çap etməli və imtahana gedərkən şəxsiyyət vəsiqənizlə birlikdə özünüzlə aparmalısız.

QuBaLi_OgLaN (2015-04-23 16:18:48)
Teşekkür sen mene daha deqiq yaza bilersen men hansı senedleri aparmalıyam?

Software Developer (2015-04-23 10:18:11)
TQDK-da yəqin ki Azərbaycan dilindən imtahan olacaq, öncə fənni yaxşı öyrənib sonra sənədlərlə maraqlanmaq lazımdır :) isdəyirəm yox istəyirəm. xaiş yox xahiş. Suala gəldikdə isə http://tqdk.gov.az/exam/bachelor/regulations buradan ərizələrin qəbulu başlığından oxuya bilərsiniz, hamısı orada yazılıb.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

TQDK Magistr online ödəmə kartı necə əldə olunur?

Abituriyent jurnalı

tqdk aid sual

TQDK bal

Universitet seçimində pis durumdayam

Əvvəlki illərin məzunlarının ballarının çıxarışı