Sony xperia Z2 – Android 5.0.2

Salam, mən bu yaxınlarda teldə androidi təzələdim (5.0.2). Ancaq bir çox problemlər ortaya çıxıb.( zaryatka saxlamır və s) Mən androidin əvvəlki versiyasını necə geri qaytara bilərəm? (Telefon Sony xperia Z2)

Verilmiş cavablar və yazılan şərhlər (5 cavab var)

E. Hacı (2015-04-28 10:59:57)
Android 5.1 olacaq yaxın 1-2 ayda yəqin ki, o olmasa belə Sony-nin öz kiçik fix update-i olmalıdır mütləq. Çünki iri updatedən sonra həmişə qısa zaman sonra feedbacklar əsasında yeni update buraxılır. Məndə z1 compactdır, bütün günü internet, wifi, bluetooth və gps açıqdır. Yəni tam istifadə. 26-30 saat saxlayır. Bircə ümumiyyətlə oyun oynamıram, vəssalam.

Breathtaking (2015-04-28 10:53:24)
Yox vAllah bircə bu zaryatka söhbəti adamın evini yıxır. Telefon əvvəl 2 gün rahat enerji saxlayırdı, indi 10-12 saata baxıram telefonda enerji qalmayıb. Bundan əlavə enerjinidə çox gec yığır. Sizcə növbəti fix nə vaxta olar? (Açığı mən elədə ciddi bir yenilik gözləmirəm)

E. Hacı (2015-04-28 10:37:53)
öyrəşilikdən irəli gələn şeydir (bu nədir e əvvəlki yaxşıydı və.s.) sözsüz ki kitkat materialdan daha sürətli idi, daha az enerji yeyirdi (baxmayaraq ki google əksini iddia edir) mən də z seriyasındandır smartfon, 2 sutka saxlayırdı, indi 1 sutkadan bir azca çox saxlayır enerji. performansda da zəifləmə açıq aşkardır. Amma mən geri qaytarmaqdansa sadəcə növbəti fixi gözləyəcəm, geri qaytarmaq heç də yaxşı həll deyil, çünki yeni versiyada həm vizual həm funksional yeniliklər çoxdur. Və ən əsası, ona görə geri qaytarmaram ki, indiki performans müqayisədə zəif olsa da, ümumən ayrıca götürəndə pis deyil, 1 sutkadan çox saxlayır, donmur, normal işləyir.

Breathtaking (2015-04-28 10:03:05)
Çoxsağol, nəsə məndə alınmadı ama ..

Pr0graMMeR Elvin (2015-04-27 13:59:44)
buyurun... tikla

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

HTC 630 -a Türk dilini necə yazım?

Android üzərində Windows Phone 8

Android BT klaviatura.

Android studio apk

Galaxy s4 çox qızır

galaxy note 3 hər proqrama kod