Kompyuteri söndürəndə xəta verir.

Salam. Mən kompyuterə Driver Booster proqramı yüklədim. Kompyuterdəki driverlərdən 4-nü yenilədi. Yazıldı ki, bütün driverlər əladır. Yenilənən driverlərdən biri Network Adapter (şəbəkə adapteri) driveri idi. İndi hər dəfə kompyuteri söndürəndə ekranda İnglis dilində yazılır ki, Network Adapter (şəbəkə adapteri) driverində problem var. Kompyuterdə qalan hər şey normal işləyir. Ancaq hər dəfə kompyuteri söndürəndə belə bir yazı yazilır. Bu problem nədən ola bilər? Məncə driverdəndi. Əvvəllər belə bir problem yox idi. Driver Booster proqramını yükləyib driverləri yeniləyəndən sonra oldu. İndi mən neyləyim? Həmin driveri tapıb təzədən yükləməliyəm? Kompyuteri bu vəziyyətdə işlədə bilərəm? Nə məsləhət görürsüz? Xahiş edirəm kömək edin.

Verilmiş cavablar və yazılan şərhlər (5 cavab var)

NONANE (2015-05-02 00:21:00)
Мой компьютер ysrlikinin ustunde sag duymeni bas, Свойства sec. Acilan pencerenin solunda goreceksen Диспетчер устройст

Ayaz77782 (2015-05-01 21:40:14)
Coxsağol qaqaş. Network adapter birdə səs driverin tapıb kompa uyğun yüklədim, düzəldi. Dispetcer ustroystvonu hardan tapım? Yəqin başqa driverlər də korlanıb.

NONANE (2015-05-01 10:46:02)
Olsun windows xp di. Sadece ozun her hansi programsiz drayverleri yukle kompuva uygun. XP de ses ve videodrayver lazimdir vessalam. Onlarida ozun yukleye bilersen. Диспетчер устройст ac orda tap звук, Сетевой адаптер ve daha neler korlanib. Sag duymeni bas uslerinde ve sec Свойства. acilan pencerede Драйвер bolmesine kec ve Откатить duymesini bas. ( yeni yuklenilen drayveri geri atmaq,pozmaq)

Ayaz77782 (2015-05-01 01:44:25)
Axı mənim notebook-um Windows Xp-di. Windows 7 dəstəkləmir. Mən problemi həll etmək üçün başqa bir driver yeniləyən proqram yüklədim və driverləri yenilədim. Bu dəfə daha da işləri korladım. Bu dəfə də səs driveri korlandı. İndi də kompyuterin səsi çıxmır. Qaş düzəldən yerde gözünü də çıxardım. Bəs indi neyləyim? Bilən varsa xahiş edirəm kömək edin.

NONANE (2015-05-01 00:09:52)
Birdefelik goy hami yadda saxlasin ki bu drayver yukleyen programlar hamsi windowsu siradan cixarir. Windowsa 7 ve yuxari versiyalara cemi 2-3 drayver lazimdir, hansilari ki ozunuz yukleye bilersiniz. O tipli programlar lazimdir lazim deyil yukleyir yeni cixan versiyalari hansilar ki lazimda deyil hemde sisteme uygun gelmir. Windows 7-8.1 versiyalarna tekce video drayver lazimdir, qalani elede vacib deyirler. Qalan lazim olanlari windows ozu update edir. Problemi hel etmek ucun yukleniler drayverleri silin. Диспетчер устройст acin orda Сетевой адаптер (Network Adapter ) tapin ve yenilenmis dryveri silin

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

AliExpress şikayət etmək istəyirəm….

Online Balans Artırma , Qurmaq . (kömək)

driver-lərin sazlanması

Səs drayveri haqqında

Album Art’lı musiqi yükləmək.

Shipping dəyəri