Yotubedan qeyri adi qərar

Salam.Bu gün mən youtube kanalıma bir video yüklədim.Youtube qoyduğum video "bir qadinin sevgilisini qucaqlayıb yanağını öpməsi idi".Videoda başqa heç bir qeyri etik youtube-un təlimatından uymayan göstəri yox idi.Amma yüklədim heç yarım saat çəkmədi youtube mənə "Cinsel və açıq seks" politikasını pozduğum barədə mesaj göndərdi və xəbərdarlıq etdi.Halbuki youtube-da milyonlarla menim videomdan daha açıq daha qeyri etik videolar var.Yəqin məni başa düşdüz nə demək istəyirəm. 1.Youtube-in videolara ynaşma tərzi necədi?Belədə ədalət olar? 2.Apelyasiya şikayəti versəm şikayətimi qəbul edərlər sizcə?

Verilmiş cavablar və yazılan şərhlər (4 cavab var)

Software Developer (2015-04-30 15:35:12)
Çəkən də yerləşdirən də yayan da eyni dərəcədə hüquqi və mənəvi məsuliyyət daşıyır. niyə düşünmürsüz bu haqda? ki bəlkə bu çirkin əməldir, niyə 5-10 min baxış sayından ötrü bu əmələ bulaşım? O xəbər saytlarının da nə jurnalistikadan, nə də etikadan xəbərləri yoxdur, təhsilsiz adamlardır, hərə bir domen alıb xəbər kopyalamaqla məşğuldur. Yenə öz işinizdir təbii ki, amma dəhşətdir sadəcə. Özü də bu boyda qəbahətə rəğmən youtube-dan ədalət tələb etmək. Konkret sualınız isə məncə cavablandırıldı: Başqaları yerləşdirib ya yerləşdirməyib bu fərq etmir, youtube alqoritmi şikayət edillərək silinmiş videodan xəbər tutanda onu da silir.

NONANE (2015-04-30 12:47:21)
Ecceb edibler !!!!!

macid (2015-04-30 12:16:54)
Bəli o video idi.Amma mən onu çəkməmişəm.Fb.com da hansısa xəbər saytından götürmüşdüm.Düzdü düzgün deyil amma, tək mən yükləməmişəm onu

Software Developer (2015-04-30 09:43:25)
Siz dünənki yayılan avtobusda olan videonu deyirsiz yəqin hə? Siz o qız və oğlanın hər ikisindən icazə almısınız? Belə videonu çəkmək və yaymaq konstitusiya ilə qadağandır onu da bilirsiz? Əgər üstünə düşən olsa başınız ağrıya bilər. Qaldı youtube-a, youtube özü qadağan etməyib, şikayətlər olub deyə silib. Məhz sizin videoya olmasa o videonu yükləyən başqa birinə şikayətlər olub, youtube alqoritmi də detect edib ki eyni videodur, və bum, silib. Şikayət edənlərin biri mən. Hətta bilsəm ki baxarlar, hüquq mühafizə orqanlarına da şikayət edərəm insanların həyatına belə qanunsuz müdaxilə edənləri. Belə şeyləri yayan xəbər saytları isə ya qapadılmalıdır, ya da elə məbləğdə cərimə edilməlidir ki, bir də ağıllarına belə gəlməsin bu cür qeyri etik hərəkət. Pul qazanmaq lazımdır, amma dürüst yolla, başqalarının həyatını onların icazəsi olmadan yaymaqla yox.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

YouTube`da yazılmış şərhin silinməsi

Youtube işləmir

Saytıma youtube online downloader yerləşdirmək və sonrası

youtube-də problem

YouTube’da kanal art’ının altında daha linkləri yazmaq olmur?

Youtube açılmır