Facebook reklam haqqında

Salam.Mən facebookda səhifəmin reklamını vermək istəyirəm amma bəzi suallar beynimdə qalıb ki hələ pul ödəmən bunlar haqqında məlumat almaq istəyirəm.Deməli sualım belədi ki,mən səhifəmin postunu reklam etmək istəyirəm reklam yerinə girəndə 5$ büdcə ayıracam 5$büdcə ayıranda orda təxminən postun neçə nəfərə görünəcəki haqqında təxmini rəqəm çıxır 5.900 - 15.000 people yazır.Həqiqətən belədirmi?1günlük 5$ pul ayırsam postu bu qədər adam görəcək?Bu qədər adam görsə təqribi neçə nəfər postu neçə nəfər səhifəmi LİKE edəcək? Təşəkkürlər....

Verilmiş cavablar və yazılan şərhlər (6 cavab var)

Alijan (2015-05-03 22:35:17)
Çox Sağol.

Software Developer (2015-05-03 12:39:41)
Yox problem olmaz qəti

Alijan (2015-05-01 21:36:07)
Salam.Mənim kartım Bank Standarddan VİSA-Dı AZN valyuta bu heç bir problem olmaz ki?

Software Developer (2015-05-01 16:33:15)
Orda yaradarkən set continuously from today, və ya enddate seçənəyi olur. Özünüz görəcəksiz. Əgər sabah bitməsini istəsəniz enddate yerində sabahlı tarixi qoyursuz vəssalam. Bitəndən sonra eyni yerdən girib artırmaq da olur.

Alijan (2015-05-01 13:26:39)
AHA.Birdə burda total büdcə 5 dollar seçsəm 1 günlük etsəm 1 günnən sonra reklam diyanacaq yoxsa sora 5 dollar çıxıb reklam davam edəcək?

Software Developer (2015-05-01 13:08:28)
5.900 – 15.000 people - bu real göstəricidir, amma heç nə demək deyil. Neçə dəfə görsənmə ilə sizə like-klik gəlmir. Facebook reklam Adwords kimi stabil vədli deyil, ki göstərim sayına əsasən klik və like-ı hesablamaq olsun. Burada sosial effekt daha çox rol oynayır. Məsələn 5$-a cəmi 10min göstərimlə 50 klik(və ya like) də əldə edə bilərsiz, milyon göstərimlə 5000 klik(və ya like) da. Bu sizin SMM(sosial media management) təcrübənizdən asılıdır. Tutaq ki, 5$ və avtomatik bid vermisiz və ya bir klikə 5 cent təyin etmisiz, bu halda ilk reaksiya verən istifadəçilərin reaksiyaları müsbət olarsa(like,share,comment) o halda sosial effektin təsiri ilə siz 5$dan qatqat çox məbləğə alternativ olan nəticə görəcəksiz. Deməli buradan nəticə çıxır ki, fb reklamda məbləğdən daha önəmli olan reklamın cəlbediciliyidir.(ki reklamı görən insanlar onu like,share etsin)

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

fb-da səhifə adminin öz profili ilə aktiv olması

Facebook-dan köhnə epoçtumu necə silə bilərəm?

Fb-da Abune Ol Düyməsi Yoxdur

Facebook-da comment və like göstəilmə problemi

Facebookda dogum tarixini dəyişmək

Facebook səhifə