Dubay telefon saytı – Axim Telecom haqqında

Salam. Bilirik ki, Dubayda telefonlar ucuzdu. Amma Dubayın axim telecom saytında telefonlar başqa Dubay saytlarına nisbətən çox ucuzdu. O saytdan kimsə telefon alıb? Online chat bölməsindən telefon barəsində soruşdum. Dedilər ki, telefonlar original və təzədi. Sizn də o sayta baxıb rəy bildirmənizi istəyərdim

Verilmiş cavablar və yazılan şərhlər (5 cavab var)

Ebayman (2015-05-16 18:51:23)
Qardas,en uyqun sayt bakida ofisi olan dubay saytidir ki telfon 5 gun sonra brak cixsa gedesen ofislerine problemi hell edesen. From.ae-den 2 tel almisam birinin zaryad problemi vardi,apardim dediler qoy qalsin baxaroq vermedim.Yani profesional deyiller,kiminse ofisinde oturub ozlerine is qurublar ve mizillana-mizillana cvb verirler. Ama ki original tel satirlar.myphone.ae-den almamisam ama bu 2 saytdan birinnen almaqin meslehetdi.crazydeals.ae de ucuzdu ama burda ofisi yoxdu.

Software Developer (2015-05-16 17:05:22)
G2 çox köhnə modeldir, 170 normal qiymətdir ucuz deyil. 333 isə çox baha qiymətdir 2012ci ilin telefonu üçün. Ümumiyyətlə bəzi mağazaların köhnə problemidir o, ki çoxdankı modelləri yaddan çıxır qiymətini yeniləmirlər, almaq istəyən yoxdur deyə yada da düşmür.

macid (2015-05-16 16:43:45)
Mənim qeyd etdiyim telefonları niyə belə ucuz satırlar mən anlamadım.Xüsusilə Lg telefonları lap ucuzdu orda.

macid (2015-05-16 16:39:19)
Ola bilər.Mən lg g2 16 g ve samsung galaxy note 3 neo ilə maraqlanırdım. lg g2 16 G axim-de 170 AZN myphone.ae saytinda 333 azn-di Samsung galaxy note 3 neo axim-de 256 azn myphone.ae de ise 339 azn-di Mən bu qiymətlərə istinadən yazmışdım

Software Developer (2015-05-16 16:32:40)
müqayisə iphone 6 16gb - myphone saytında 713 azn, axim-də 784 azn. S5 16 gb - myphone-da 399 azn. axim-də 374 azn. S6 32GB - myphone-da 673 azn, axim-də 742 azn. Göründüyü kimi ucuz zad deyil, hətta əksər flaqman modellərdə daha bahadır. İndi ola bilər dəbdən düşmüş, satılmayan modelləri çox ucuza satsın.