Hosting satışından gəlir əldə etmək

Salam Azərbaycanda domen-hosting satışından orta hesabla aylıq nə qədər qazanmaq olar? Əsas bu işlə məşğul olanlaradı sualım aylıq nə qədər qazanırsınız bu işdən?

Verilmiş cavablar və yazılan şərhlər (8 cavab var)

E. Hacı (2015-05-19 14:56:13)
Əgər qazanmisizsa vergi vermemisizse elə bu sözləriniz ilə cinayət Məcəlləsine görə məsuliyyət dasiyirsiz. Vermərəm nədir, verməyə bilməzsiz, ya vermelisiz ya da həbs. Dediyim kimi illərdir bu sahəyə bizdə ciddi nəzarət olmayıb, çünki elektron mülkiyyət, biznes anlayışı hələ qanunlara çox yansimayib. Amma artıq yavaş yavaş nəzarət yaranır çünki internet şirkətlər yaranır hər il Azərbaycanda . Sizə isə məsləhət odur ki bir az qanunları oxuyasiz və belə ehtiyatsız sözlər danışmayasiz. Çünki "bir gece ansızın gele bilirler " :)

Elgun942 (2015-05-19 12:11:50)
Salam men 2009 dan server iwletirem 2012 ci ilde bagladiq ve 2014 tezden acdiq o vaxtan dovlete bir qepikde vermemisem ve vermeremde. Qaldi qazanca men 2009-2012 bu aralarda 350 400 azn qaznirdim ona gore o vaxt hosting reseller satan az di. Ama indi 100 120 gotururem.

Şükür Hüseynov (2015-05-18 12:19:28)
Aydındır tşk

E. Hacı (2015-05-18 11:16:16)
Yox e məsələ burda 5-10 manatda deyil ki. Lap 10 qəpik olsun, siz əgər kommersiya fəaliyyəti ilə məşğulsunuzsa, dövlət qeydiyyatından keçməlisiz. Xüsusən son zamanlarda hosterlər nəzarətə alınır yavaş yavaş. Əvvəllər başlı başına buraxılmışdı bizim internet üzərindən olan bizneslər, amma yavaş yavaş dövlət nəzarəti yaranır bu sahədə. İnkişaf etmiş ölkələrdə isə bu ta əvvəldən var və riayət etməyənlər ciddi cəzalandırılır. O halda siz kommersiya məqsədli fəaliyyət sayılmazsınız ki serveri dost tanış saytları arasında böləsiniz və dost tanış ilə bir növ şərik işlədəsiniz. Yəni pul sizə yox, server sahibinə gedə. Yox əgər sizin orda 1 qəpik də olsa mənfəətiniz varsa, deməli qanunlara riayət etməlisiz.

Şükür Hüseynov (2015-05-18 11:02:38)
Bax bu pis oldu 50-100 manatlıq server götürəcəm uzağı buna görə dövlətdə qeydiyyatdan keçməliyəm?

E. Hacı (2015-05-18 09:29:12)
Vergi hüquq məsələlərini də unutmayın.

Şükür Hüseynov (2015-05-18 08:37:35)
Tşk cavaba görə Mən 10 müştəri fikirləşirdim :) mənə əsas lazımdı ki serverin pulu çıxsın + 5-10 manatda qalsın özümə sonra yavaş yavaş irəliləmək

E. Hacı (2015-05-17 22:33:01)
Hər müştəridən nə qədər qala bilər o bəllidir. Müştəri sayını hədəf nədirsə ona uyğun hesablayın vəssalam. Qısaca onu deyim ki, ən azı 100dən artıq müştəri olmayacaqsa girişməyə belə dəyməz

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Domeni WordPressə necə yönəltmək olar??

Free domain və hosting lazımdır

Email hosting

Hansi pulsuz sayt açma servisi daha yaxşı hosting verir ?

Domen qiymətləri

Domen qiymət fərqi