nexus 5 almağa dəyərmi

Salam nexus 5 almaq istəyirəm. Dedim bəlkə bu qiymətə daha yaxşısı var. Məlumatı olan yazsın mümkünsə. nexus 5 myphone qiyməti 430azn

Verilmiş cavablar və yazılan şərhlər (2 cavab var)

Maqa (2015-05-24 00:46:32)
mən istifadə edirəm normaldır ən yeni android sistemlə işləyir bu da daha bir özəlliyidi ancaq mənfi cəhətləri də var bunlar enerji saxlaması və korpusun plastik olmasıdır bu 2 cəhət bir qədər ciddi faktorlardır yenə də məsləhətli telefondur

Software Developer (2015-05-23 19:08:39)
2 ilin smartfonudur, yəni aparat olaraq kifayət qədər köhnədir. Performans baxımından mükəmməl smartfondur, təzə çıxanların istəniləni ilə baş başa gələ bilər sürət baxımından. Bir də mənfi cəhəti əldən düşdüsə mütləq ekran sınacaq. Çox pis ediblər aparat tarazlığını. Yerə düşəndə ekran birbaşa zərbə alır(əksər smartfonlar isə elə düzəlir ki həmişə yerə düşəndə zərbə qıraqlara tuş gəlir) Məncə o qiymətə dəyməz. One Plus One, Sony Z2, Z3 compact, Moto G2, Galaxy Alpha, və.s. baxa bilərsiz, yaxşı qiymətədirlər.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

batareyanin qizmasi haqqinda popup

Merkezi pocta telefon gelende zg gelir alıcıya?

Android sistemli smartfonlar

Huawei Ascend Y530

Xaricdən telefon gətirmək

Azərbaycan saytlarından telefon almaq