Java və SQLite

Hər kəsə salam. Mən java dili üzərindən masaüstü proqram hazırlamışam. Proqramın baza hissəsini sqlite la yazdım. İndi proqramın bazasını mən istfadəçinin komputerində hara yerləşdirməliyəm ki, proqram bazanı oxuya bilsin? Bir sualımda belədir ki, sqlite la yazılmış bazanın təhlükəsizliyi nə dərəcədədir? Və üçüncü, sonuncu sualım. Hal-hazırda Mozilla Firefox un sqlite menecerindən istifadə edirəm, bəs sizin məsləhət gördüyünüz başqa sqlite menecer varmı? Varsa ünvanını zəhmət olmasa verərdiniz. Cavab verən hər kəs üçün təşəkkür.

Verilmiş cavablar və yazılan şərhlər (1 cavab var)

NModern (2015-06-05 15:13:56)
Salam. Java-da SQLite işlətdikdə SQLite-nin .db faylı elə .jar faylının yanında saxlanılır əgər Siz Java-kodlarının içində digər bir ünvan qeyd etməmisinizsə. SQLite bazalarda məlumatlar açıq şəkildə saxlanılır və istənilən digər proqram vasitəsilə müdaxilə etmək mümkündür. Məlumatları kənardan müdaxilədən qorumaq üçün iki vasitəsədn istifadə edə bilərsiniz. 1) .db faylının bütövlükdə şifrələmək. (http://www.codejava.net/coding/file-encryption-and-decryption-simple-example) 2) SQLite bazaya yazılan məlumatları şifrələmək. (http://security.stackexchange.com/questions/63343/encrypting-data-within-sqlite-database-in-java-how-to-store-key) Amma bir şeyi də nəzərinizə çatdırmaq istəyirəm ki, .jar faylları asanlıqla decode oluna bilirlər. Ona görə də onların içində saxladığınız Şifrələr də asanlıqla oxuna bilər. Ona görə də faylları və ya məlumatları şifrələyərkən daha etibarlı yollardan istifadə etməyiniz məsləhətdir. SQLite Administrator proqramından istifadə edə bilərsiniz. http://sqliteadmin.orbmu2k.de

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Java Destkop Application

Java ME – forma

Netbeans dərslik

Java desktop-da form-lar

Java hansı kitabı alım?

samsung gt-s5620 monte üçün java vhatsapp necə yükləyə bilərəm?