Iphone 5s vs samsung s4

Salam aleykum.sizə sualım o olacaqki bu telefonlardan hansı yaxşıdı.xaiş edirəmkı birinci mesajdan samsungu pısləmiyəsiniz acıq aydın cavab yazın mən videolara baxiram iphone o qədərdə güclü deyil ama androiddən güclü olduğunu bilirəm sadəcə 2si arasında qalmışam məsləhət istiyirəm sizlərdən hansını almaq daha yaxşıdı bilirəm bu dəqiqe iphone moddadı mənde onu almaq istiyirəm amaki s4 hecdə geri qalmir onnan zəhmət olmasa cavab yazardınız mən iphone 5slə müqayisə deyirəm.birde xaiş edirəmki bura link atmıyın mən başqa saytdan fərqlərə baxım.bunu özümdə tapa bilirəm sadece məsləhətə ehtiyacım var .öncədən təsəkkür edirəm.

Verilmiş cavablar və yazılan şərhlər (11 cavab var)

Software Developer (2015-06-01 16:45:42)
Bu qədər yazılandan sonra yenə soruşursuzsa ki dəyərmi, deməli almaq fikriniz var, sadəcə dəstək axtarırsız, o halda alın işlədin peşman olun, sonra satıb iphone 6 alın, sonra yenə peşman olun o vaxta çıxmış olacaq iphone 6s alın, o da qane etməsin, satın yeni modelini alın və.s. beləcə düşün apple tilovuna.

Vahabov (2015-06-01 15:03:47)
Təsəəkür edirəm.iphone 5sin özəllikləridə coxdu.hətta coxları deyirki androidlə iosu müqayisə etmək olmaz.indi samsung s4üm var bunu sayib iphone 5s almağa dəyirmi?

Pr0graMMeR ELviN (2015-06-01 14:53:00)
NFC tətbiqi çox faydalı funksiyalarda lazım ola biləcək texnologiyadir. Near Field Communication deməkdir, yəni yaxın ərazidə bağlantı. İki NFC cihazı yanaşı tutduqda avtomatik bağlantı qurulur və paylaşma imkanı olur nəyisə. Xaricdə bu ödənişlərdə(smartfonu qurğuya yaxınlaşdırmaqla ödəniş olur, kart, nəqd pul lazım olmadan), qapı kilidi açmaqda, evin cihazlarını ağıllı idarəetmədə və.s. istifadə edilir. Siz isə başlanğın olaraq fayl paylaşımında istifadə edə bilərsiniz. Məsələn bir şəkil və ya sayt açın, sonra başqa nfc-li telefonla arxa arxaya yaxın tutun smartfonları, dərhal paylaşma imkanı çıxacaq ekrana, klik edəcəksiniz və fayl və ya sayt köçəcək o biri smartfona, nə bluetooth ilə axtarış və pair lazım oldu, nə də pair, hər şey avtomatik qurulur və optimal köçürmə hansıdırsa onunla köçür o biri telefona. Maraq üçün deyim ki, Bakı Metro kartları da NFC ilə işləyir. Metro kartınızı smartfonunuza yaxınlaşdırsaz siqnal verdiyini görəcəksiz. MÜƏLLİF - E. HACI

Vahabov (2015-06-01 14:45:33)
Nfc ne ise yarıyır?düzünü desəm məndə indi samsung s4 dür.düşunürəmki satib iphone 5s alım .ama siz s4 deyirsiz

Vahabov (2015-06-01 14:35:55)
Nfc ne ise yarıyır?düzünü desəm məndə indi samsung s4 dür.düşunürəmki satib iphone 5s alım .ama siz s4 deyirsiz

Software Developer (2015-06-01 13:17:31)
Əlbəttə S4. Söz yox ki S5 və S6 daha yaxşı olardı, S4 bir az köhnə modeldir, amma madam ki 2 model dediniz, məsləhətli S4-dür nisbətən. İphone isə ümumiyyətlə məsləhət görmürəm şəxsən mən, hədsiz məhdudiyyətləri var(fayl göndərmək, blutuz, nfc, proqramlar arası fayl və informasiya mübadiləsinin bərbad olması, hər yeni update-də ən son modeldən başqa bütün əvvəlki modellərin dona dona işləməsi və.s.,)

Vahabov (2015-06-01 13:04:26)
Siz hansını məsləhət bildiniz?

Vahabov (2015-06-01 13:03:38)
Üzr istiyirəm

Software Developer (2015-06-01 11:15:15)
Yəni ki içində öncədən yanlış hökmlər daşıyan sual(bilirəm bu ondan yaxşıdır, bilirəm o bundan yaxşıdır tipli).

Vahabov (2015-06-01 10:49:23)
Önyarqılı sual nədi?

Software Developer (2015-06-01 09:28:54)
Önyarqılı suallar verməsəniz daha yaxşı olar. "iphone o qədərdə güclü deyil ama androiddən güclü olduğunu bilirəm" - bu bilginiz tamamilə yanlış və uydurmadır. Galaxy S4 vs iphone 5s yazın youtube-da videolara baxın. Hansı xoşunuza gəlsə alın.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Iphone 5 enerji bitib, indi açılmır

From.ae dən iphone almaq isdəyirəm. məsləhət lazımdı

Iphone almaq

iphone üçün proqram və oyunlar saytı

iphone 7 firmvare

iphone 5 üçün korpus gətizdirmək