Nexusda fotolar yoxa çıxır

Salam. Mən Nexus 5 smartfonu (Android 5.1) işlədirəm və belə bir problem var - çəkdiyim şəkillər bir müddət sonra "photos"dan yoxa çıxır. Instagram, facebook, whatsapp və s.-də istifadə etdiyim (həmçinin save) şəkillər "photos"a düşmür. Kompdan usb ilə foto atanda da görünmür. ES File Explorer proqramı vasitəsilə tapa bilirəm, ancaq bu əl vermir. Smartfonu reset etdim, düzəlmədi. Kömək edə bilsəniz, sevinərəm.

Verilmiş cavablar və yazılan şərhlər (6 cavab var)

Breathtaking (2015-06-02 12:12:34)
Məndədə problemlər çoxdur, bu Androidin təzə versiyası üzərində görəsən nə vaxta qədər işləyəcəklər?! Gündə bir yeniləmə gəlir ancaq ortada bir yenilik yoxdur.

Kənan (2015-06-01 18:54:58)
Jellybean gallery tapa bilmədim, ancaq QuickPic app-ı yüklədim, alındı. Default photos-da bu problem nədən irəli gəlir, maraqlıdır, hətta foto yox olub, yenidən peyda olur, müəmmalı məsələdir. Kömək üçün təşəkkürlər :)

Software Developer (2015-06-01 18:54:30)
https://play.google.com/store/apps/details?id=com.moblynx.galleryicsold https://play.google.com/store/apps/details?id=com.moblynx.galleryics https://play.google.com/store/apps/details?id=com.omichsoft.gallery

Maqa (2015-06-01 18:52:20)
hə bu aralar smartfon əsl mənada çaşıb məndə istifadə edirəm durduq yerdə mahnılarımın hamısı silinir

Kənan (2015-06-01 18:47:36)
Jellybean gallery tapa bilmədim, ancaq QuickPic app-ı yüklədim, alındı. Default photos-da bu problem nədən irəli gəlir, maraqlıdır, hətta foto yox olub, yenidən peyda olur, müəmmalı məsələdir. Kömək üçün təşəkkürlər :)

Software Developer (2015-06-01 17:07:39)
Gallery app-da folders view ilə görüntüləyəndə də görünmür? Axı orda demək olar Es File kimi göstərir. Album view isə əvvəllər yaxşı idi razıyam, hər şey vizual folder kimi görünürdü açanda. İndi əcaib qarışıq sıralama ilə ediblər, yersiz slide animasiyalar filan ilə, istədiyinə ulaşmaq çətinləşib. Alternativ gallery app-lar da sınayın(məsələn jellybean gallery axtarın köhnə gallery üçün play store-da)

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

samsung j1

WhatsApp və whatsapp+ iki hesab

Android status bar  haqqında 

Android 2.3-də Java JAR problemi

Format olmuş Android telefon fayıllarını geriyə qaytarmaq

LG-P970 telefonunda problem