SQL- correlated subquery üçün izah

tam olaraq ayırd edə bilmirəm. digər single-row, multiple-row, multicolum subquery-lər hamısı correlated-ə aiddi ya necə? correlated bu üçü ola bilir yazılıb. ama tam correlated subquery xüsusiyyətləri nədi ayırd edə bilmədim. öncədə cavablandıracaqlar təşəkkürlər. correlated subquery-lər hansılardır?

Verilmiş cavablar və yazılan şərhlər (2 cavab var)

k.ceyhun (2015-06-27 02:43:17)
çox sağolun, əziyyət çəkmisiniz. minnətdaram!

NModern (2015-06-11 10:18:14)
Cerrelated query-lər qarşılıqlı asılı olan query-lərə deyilir. Yəni Bir query içərisində ikinci bir query olur ki, onun nəticəsi birincidən asılıdır, amma özlüyündə birinci query-nin də nəticəsi ikinci query-dən asılı olur. Misal üçün. (https://technet.microsoft.com/en-us/library/ms187638(v=sql.105).aspx) [code] SELECT DISTINCT c.LastName, c.FirstName, e.BusinessEntityID FROM Person.Person AS c JOIN HumanResources.Employee AS e ON e.BusinessEntityID = c.BusinessEntityID WHERE 5000.00 IN (SELECT Bonus FROM Sales.SalesPerson sp WHERE e.BusinessEntityID = sp.BusinessEntityID) ; [/code] Burada gördüyünüz kimi [code] SELECT Bonus FROM Sales.SalesPerson sp WHERE e.BusinessEntityID = sp.BusinessEntityID [/code] Bu query-nin nəticəsi "e.BusinessEntityID"- asılı olaraq dəyişir, yəni birinci query-dəki ID-lərdən asılı olaraq. Və ümumilikdə [code] SELECT DISTINCT c.LastName, c.FirstName, e.BusinessEntityID FROM Person.Person AS c JOIN HumanResources.Employee AS e ON e.BusinessEntityID = c.BusinessEntityID WHERE 5000.00 İN (...) [/code] query-sinin də nəticəsi bu mötərizə daxilində olan query-dən asılıdır. Beləliklə bu iki query biri-birindən qarşılıqlı asılı olmuş olurlar.