Hostinq və domain fırıldaqçıları

Salam. 1 ay ərzinə bəzi saytlara(mən hazırladıqlarım da var içində) kimsə zəng edib deyir ki bəs sizin saytınızın vaxtı keçib ödəniş etməsəz sayt silinəcək. 4-5 dəfə belə ediblər. 300-400 arası pul istəyirlər. Bilmək istəyirəm sizin da başınıza belə hadisə gəlib? İndi də yeni pul qazanmaq növü tapıblar.

Verilmiş cavablar və yazılan şərhlər (4 cavab var)

Web Saytlar Yaradılması (2017-10-28 03:39:35)
Salam. Xaricdən aldığımız domen və hostinqlər üçün belə hallar olub. Domeni kimdən almışıqsa onunla danışmışıq, yazışmışıq məsləni. Üçüncü tərəf fırıldaqçı olar əlbəttə. Azərbaycandan sadəcə bir şirkət satır .az domenini ona görə də qarışdırma məsələsi çətin olsun. Özü də Azərbaycandan alanda heç provayderlər zəng bir kənara, heç avtomatik email göndərmir ki, vaxtınız bitir, müştərimiz olaraq qalın, pul gətirin. Ona görə də xaricilərlə işləyirik: Hostinq1

Software Developer (2015-06-11 13:21:38)
Bu mail fırıldaqların bir növüdür və whois-dən lazımi maili tapanda onlara göndərirlər adədən. Amma zəng ilə olması çox təəccüblüdür. Təbii ki, müştəriyə tapşırmaq lazımdır ki, ancaq filankəs və ya filan şirkət həll edir sizin server işini, başqasına etimad olmaz. Və polisə şikayət də etsələr yaxşı olar

Cabbarov Sübhan (2015-06-11 12:03:10)
Saytlar şəxi serverdədi. Problem ödəmkdə deyil. Sadəcə belələrinin qarşısını almaq lazımdı. Əlavə kiməsə belə ediblərsə polisə şikayət etmək olardı

NModern (2015-06-11 12:00:20)
Saytınızın hostinqi harada yerləşir? Hostinqi haradan almısınız? Pulu da ancaq həmin yerə ödəyin.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

.az domeni yoxlamaq

Bir serverdə yerləşən saytların digər serverə köçürülməsi ilə bağlı

Saytın hostinqdə yerləşdirilməsi

Pulsuz saytda reklam

Ucuz,etibarlı hosting

Domain pulunu ödəməsəm nə olur