Salam. Ağacı cərgəyə çevirib fayla yazmaq və daha sonra başqa proqramda cərgəni fayldan oxuyub ağacı bərpa eləməliyəm. Preorder traversal metodu ilə hər bir “NOD” -a spesifik id mənimsədə və bütün “NOD” -ları cərgəyə yaza bilərəm. Daha sonra cərgədən oxuyaraq id -lərlə child “NOD” -ları tapıb valideynə mənimsədib trivial yolla ağacı qura bilərəm. Hansı alqoritmləri məsləhət görürsünüz. Ağacın üzərinə heç bir şərt qoyulmur. Yalnız hər bir “NOD” -un ən çoxu k sayda budağı ola bilər şərtini ödəyir. İnternetdə lazım olan həlli tapa bilmədim. Konkret tip ağaclar üçün hazır kod verillər, mənə isə ümumi hal üçün lazımdır.
Təşəkkürlər.
Sual verin
Cavab verin