Ağacı Cərgəyə(massiv) çevirmək.

Salam. Ağacı cərgəyə çevirib fayla yazmaq və daha sonra başqa proqramda cərgəni fayldan oxuyub ağacı bərpa eləməliyəm. Preorder traversal metodu ilə hər bir "NOD" -a spesifik id mənimsədə və bütün "NOD" -ları cərgəyə yaza bilərəm. Daha sonra cərgədən oxuyaraq id -lərlə child "NOD" -ları tapıb valideynə mənimsədib trivial yolla ağacı qura bilərəm. Hansı alqoritmləri məsləhət görürsünüz. Ağacın üzərinə heç bir şərt qoyulmur. Yalnız hər bir "NOD" -un ən çoxu k sayda budağı ola bilər şərtini ödəyir. İnternetdə lazım olan həlli tapa bilmədim. Konkret tip ağaclar üçün hazır kod verillər, mənə isə ümumi hal üçün lazımdır. Təşəkkürlər.

Verilmiş cavablar və yazılan şərhlər (0 cavab var)