Visa kart məlumatlarım oğurlanıb

Salam Mən xarici (İtaliya)online aliş-veriş saytından qeydiyyatdan keçmişdim fotoaparat almaq isteyirdim sifarişimidə vermişdim lazım olan məbləğ kartımdan çıxıldı.Ancaq bu gün telefon nömrəmə mesaj gəldiki kartımdan 100 dollar çıxarılıb mənim isə bu məsələdən xəbərim yoxdur.Girib kartla əməliyyatların tarixinə baxıram mənim kartımdan tanımadığım birinin hesabına pul transfer edilib.Belə başa düşdümki həmin saytdan kart bilgilərim oğurlanıb və rahatcana hesabımdan özlərinə pul ötürülür.Derhal banka zeng edib kartı dondurdum. Mən bilmək istərdimki necə edim həmin insanları tapım onları məhkəməyə verə bilərəm?Burda polise getməliyəm ya həmin ölkənin polisinə gedilməlidir?Ümumiyyətlə həmin insanları necə cəzalandırmaq olar?

Verilmiş cavablar və yazılan şərhlər (8 cavab var)

Ayxan (2015-06-21 01:37:11)
Banklarda "Şübhəli Tranzikasiyanın Araşdırılması" xidməti var. Bankınızla danışın öncə sonra polislə. Bankınızla hər şeyi danışın. "Şübhəli Tranzikasiyanın Araşdırılması" xdməti barədə məlumat alın. "Əsassız Etiraz" da olmalıdı səhv etmirəmsə. Ondan sonra saytla polislə danışın

Mövlud Ahmedov (2015-06-19 13:49:20)
Təşəkkürlər dostlar cavablara görə yeni məlumatlar öyrənsəniz bizlə yenədə bölüşün

Bextiyar Azeroglu (2015-06-19 13:43:40)
goren en gec ne qeder vaxt sora hemin sayt admini ile elaqe saxlasaq pulu qaytararlar?

Public (2015-06-17 19:07:19)
Bu problem bir müddət əvvəl mənimdə başıma gəlib. Ogurluqu eden Azerbaycanlı olub.Axtarışa vermek üçün 15 AZN tələb olunur.Tapılıb tapılmayacaqı melum deyil. Menim kartımdan pul xarici saytların birine istifadə olunmuşdu. Mən sayt rehberliyine bu haqda yazdım. Menden bezi melumatları soruşduqdan sonra kartın mene mexsus olduqunu anladılar. Ve 1 həftə ərzində pul karta qaytarıldı. Siz çalışın transfer olunan sayt ilə əlaqe saxlayın .

Bextiyar Azeroglu (2015-06-17 11:37:34)
Bankda axtarışa verə bilərsiz səhv etmirəmsə 40gün ərzində axtarırlar həmin o 100dollar hansı ip-dən (ünvandan) oğurlanıb çıxır. ama Siz düşünürsüzsə başqa ölkədən oğurlanıbsa bu prosedura ehtiyac qalmır məncə. ən yaxşısı polislə və bankla məsləhətləşin. əsasən bankla məsləhətləşin nədə olsa bu onların sahələridi az çox onlar daha geniş məlumatlı olarlar.

Breathtaking (2015-06-17 11:18:14)
Ümumiyyətlə yaran hər hansı bir problemin həlli üçün müraciyət edilməsi gərəkən konkret dövlət orqanları var sadəcə biz onları yaxşı tanımırıq. Siz mütləq polislə əlaqə saxlayın lazım olan yerə onlar sizi yönləndirəcəklər.

Mövlud Ahmedov (2015-06-17 11:10:09)
Cavaba üçün təşəkkürlər Bir sulda soruşum.Bəs kart məlumatlarım ermeni xakerlər tərəfindən oğurlansa heç biryerə şikayət edə bilmirəm elə?Hansısa beynəlxalq təşkilata şikayət etmək olar?

Breathtaking (2015-06-17 09:10:42)
Bizim polisə gedib rəsmi şəkildə ərizə yazirsız onlarda onların polisinə bu haqda məlumat bildirir və işin araşdırılmasına xitam verilir. Sadəcə siz bütün bu proseduranı aparmaq üçün əlinizdə konret çıxarışlar olmalıdır. O, sizin hesabınızdan pulun başqa tanımadığınız hesaba pulun köçürülməsi barədə sizə gələm mesaj və s. şeylər.