Adsense alternativləri

Salam. Azərbaycan dilində olan sayta google adsense alternativi hansi sistemləri qoşa bilərəm? Adsense qəbul etmir (sayt azərbaycan dilində olduğuna görə). Alternativlər bilirsinizsə xahiş edirəm, yazın. Əvvəlcədən təşəkkür edirəm.

Verilmiş cavablar və yazılan şərhlər (8 cavab var)

MuradQuliyev (2015-07-03 11:39:48)
Təşəkkürlər, düzünü deyim bu qədər cavab gözləmirdim :) məni məlumatlandırdığınız üçün təşəkkür edirəm. Yuxarıda cavablarımın birində sayta ziyarətçi sayını səhf qeyd etmişəm, 2-3 deyil, 2-3 min pageview-dur. Unique visitors hardsa günə 2-3 yüz civarında olur. İndi üstünlüyü vermişik hələki facebook səhifəsinin inkişafına, çünki əsas trafik elə ordan gəlir.

Software Developer (2015-07-01 00:22:09)
o da yuxarıda adını çəkdiyim netant şirkətinə məxsusdur. hələ ki tutmuş saymaq olmaz. ola bilər ki zərərə işləsinlər. yeganə üstünlükləri odur ki, reklam şirkətidirlər, köhnə müştəriləri çoxdur. yoxsa ki bu yöndə indiyədək azı 10 sayt olub, hamısı da batıb. ümid bunlaradır bəlkə nəsə çıxa. o da 1 ilə zada bilinəcək

aziz84 (2015-06-30 20:21:13)
Azərbaycanda ən etibarlısı , ən gəlirlisi YAYİMLA.AZ -dır. Mən istifadə edirəm, adsenden dəfələrlə çox pul çıxartmışam. Aylıq ortalama 100 azn gəlir olur. 5 ay ərzində 480 azn çıxartmışam. Adsens prinsipində işləyir (hər klikə görə gəlir)

Software Developer (2015-06-30 15:19:30)
Əla, xeyirli olsun. Birbaşa reklam agentlikləri ilə əlaqə saxlayın trafik 1000+dursa. niyə 10min+ yox min+ deyirəm, çünki bu tematik saytdır deyə burda olan 1000 nəfər xəbər saytlarındakı 10mindən daha sərfəlidir reklam üçün, çünki tematik saytdır. Uşaq bezləri, uşaq geyimləri, qadın məsləhətxanaları, psixoloq, klinika və.s. mövzuda xeyli reklam cəlb etmək olar. Reklam agentliklərini search edin google-da , birbaşa saxlayın. Amma ən əsas şərt odur ki, sabit normal auditoriya olsun, sonra reklam axtarmaq lazım, yoxsa sayt yaradan kimi hələ heç kim girməyə girməyə reklam qəbulu təklif edib saytı gözdən almaq düzgün olmaz

Software Developer (2015-06-30 15:17:36)
fərdi əlaqə saxlamaq lazımdır. new media var, netant var və.s.

MuradQuliyev (2015-06-30 12:40:40)
xeyir, çat-mat deyil :) həyat yoldaşımçün wordpress-də düzəltmişəm, blog yazır özüyçün hamiləlik və uşağa qulluq haqqında. Hazırda gündəlik unikal giriş 2-3 civarındadır.. ok, minnətdaram hər halda cavabınız üçün

Deli_Molla (2015-06-29 23:28:08)
hansı reklam agentlikləri məsləhətlidi? Nə qədər pul verirlər?

Software Developer (2015-06-29 15:46:19)
http://cavablar.net/2014/12/11/google-adsense-alternativl%C9%99ri/#.VZEhz7xdNn0 http://cavablar.net/2014/08/09/adsensey%C9%99-alternatif-sayt/#.VZEh17xdNn0 və.s. Qısaca layiqli alternativ yoxdur, axtarmayın. Əvəzində saytın trafikini qaldırıb yerli reklam agentlikləri ilə birbaşa əlaqə yaradın, sizə reklam versinlər(günlük heç olmasa 5-10 min unikal giriş olsun. Təbii ki, çat mat, falabaxma, kliplər filan kimi varez və ucuz şeylərdən ibarər sayt deyilsə təbii ki.)

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Reklam CPC , CTR , RPM dəyəri

Sayta Adsense Qoşmaq.

YouTube’dan pul qazanmaq

Google Adsense məktub

Google Adsense də kömək

Google Adsense-dən necə pul qazanmaq olar?