Zəif smartfonlar üçün universal video pleyer proqramı

Salam.Android Smartfonum çox da güclü olmadığından,çəkisi 100 MB'dan çox videoları oxuya bilmir.Bu isə çəkisi 300 MB'dan çox olan filmlərə baxmağa imkan vermir..Onu soruşmaq istəyirəm ki,android üçün elə bir video pleyer proqramı varmı ki,istənilən ölçüdə videonu oxumaq olsun?

Verilmiş cavablar və yazılan şərhlər (2 cavab var)

hchasanov (2015-07-03 02:00:32)
Androidlərdə video faylı izləmək problemi videonun həcminə görə yox, formata və bitrate dəyərlərinə görə dəyişir. Qaldı ki, normalda bütün marka ağıllı telefonlarda gələn stock playerlər zəif olur. Mx Player, BS Player və vlc playeri yoxlayın. Mx Player üçün plugin istəyəcək və google play-dən yükləyə bilərsiz.

Pr0graMMeR ELviN (2015-07-01 22:23:12)
MX player kömək olub mənə... Amma video üçün artıq plug-in tələb olunur... Baxmaq mümkün deyil...