Məsləhət almaq

Salam. Bu sual deyil sadəcə sizdən məsləhət almaqla üçün yazıram. Mənə məsləhət verən yol göstərən böyüyüm yoxdu ona görə sizlərə müraciət edirəm. vaxtinizı aldığım üçün üzr istəyirəm. Deməli mənim 19 yaşım var. Universtetde Uşaqlıq arzum olan Bank işi ixtisasına qəbul olmuşdum ama ödəniş edə bilmədiyim üçün qeydiyyat aparmadilar. Və hazırda orta təhsilliyem. Təcili işləməliyəm ailəmi borclardan qurtarmaq üçün. Ama heçbir sənətim peşəm olmadığı üçün ya iş tapa bilmirəm yada tapdığım isinu maaşı 200 azn olur. Pul azlığına görə demirəm min şükür ama mənim yaşayış yerimə görə uyğun deyil. Hər gün avtobusa 3 manat verməyə gücüm çatmır ona görə sizdən mənə yol göstərməyinizi Xahiş edirəm. Mən nə edim? Hansı peşə kursuna gedim ki iş tapım? Yada elə bir iş varmı ki orda müəyyən vaxt təhsil versinlər sonra isə götürsünlər? Çox xahiş edirəm bildiyinizi bura yazın məsləhət alacaq mənə yol göstərəcək heç kimim yoxdu.

Verilmiş cavablar və yazılan şərhlər (11 cavab var)

Mahmood (2016-03-31 22:56:56)
Qardas, bir de sene bele meslehet vere bilerem..calisib svarka isin de oyrensen yaxsi olar, baxmayaraqki biraz sehhete zererli isdi ama yaxsi isdi..isinin ustasi olsa bu sahede cox yerde is tapa bilersen, esasen de neft sirketlerinde , ozude qesey maasla..men bilen sah deniz platformasinin tikinrisinde isleyen svarsikler 1400 e yaxin maas alirlar

Namazov Ismayil (2015-07-09 21:51:24)
Çox sağol Allah razi olsun vaxt ayırdığınız üçün. Hələlik Favorit marketdə isleyimy gələcək üçün fikirləşərəm maşın işini. Bilmirsiz Favorit marketdə axşam ne işidi? Anbarda fehledirse axşam olurki bu is? Men gündüzlər bilirdim əgər axşamlar olursa çox sevinərəm

Zahir Xelilov (2015-07-09 21:42:11)
Heç lap kurs bitirme, adicə uatanın yanında şagird olsan öyrənə bilsən bəsindi. Əsas odu bacariqli usta olsan, müştərində olacaq. Kurs inanmiram cox baha olsun, yəni cibivə sərfəli olacaq.

Namazov Ismayil (2015-07-09 16:08:39)
Çox sağol qardaş . Bu kurslar çox baha olar yəqinki. Mən kursa getsəm kursu bitirsem servisde falan is tapabilecem?

Zahir Xelilov (2015-07-09 15:09:18)
Tək injektor yox, maşının bütün elektronikasını öyrənmək yaxşı olar. Adicə usta yanında işləsəniz öyrənə bilərsiniz. Ustanın yanında pulsuz işləyəcəksən, həmdə öyrənəcəksən. Pulsuz kömək etməyi təklif etsən, heç bir usta imtina etməz. Həmdə mən bilən bakida 3 ayliq kurslar var orda öyrənmək olar

Namazov Ismayil (2015-07-09 03:14:03)
Vaxt ayırıb yazdığınız üçün təşəkkür edirəm. Bu Injektor falan nədir belə? Bunu öyrənmək üçün usta yanında olmalıyam yoxsa bunun kursu var? Kömək etsez çox sevinərəm deyəsən elə bu sənəti öyrənib irəliləmək yaxşıdı

Zahir Xelilov (2015-07-09 03:08:03)
Salam dediniz ki, gecə işləyib, gündüz hansısa kursa getmək istəyirsiz. Favorit marketlərdə Gecə növbəsinə iş var saat 21:00-dan 09:00-a qədər. Maaşı 280 manatdı(oktyabr ayında favoritdə işləyən bir tələbə yoldaşım demişdi). Hal hazırda günümüzün tələbinə görə maşınların sayı artır və yeni texnikalardan yaxşı başı çıxan ustalara ehtiyac çoxdu. Sən maşında elektronika, injektor təmirini öyrənə bilərsən. Həm təmiz işdi, mazota, yaga əllərin batmır. Mən özüm tələbəyəm, şəxsən univeristet oxumasayfım. Maşın ustalığını öyrənərdim. İndi yenə özün bax məsləhət sənindi :)

Namazov Ismayil (2015-07-08 19:34:25)
Çox sağ ol qardaşım Allah razı olsun. Bilirsiz necədi mən peşə ucuzvari peşə kursu olsa gedib bitirib bir iş tapıb işləyərəm. Fikrimdə odurki gündüzlər kurslara gedim gecə smeni isə işləyim. Həyatn hələ qabaqdadı özümə uyğun işi zamanla tapacam yəqinki mənə isə hələlik bu 1- 2ili başa vurmaq lazımdı. Gecə smeni iş tapa bilsəm digər məsələləri həl edə biləcəm. İnşallah görək Allah qismət etsin

NONANE (2015-07-08 18:08:44)
Uygunluqdan basqada indiki zamanda heckes senet oyredmir. Ele yere getmek ucun gerek tanisin olsun. Magazada satici isleye bilersen helelik. Sonrada duz basa duwdumse natamam ali tehsillisen ?.......eledirse internetde bax Boss.az saytina orda cox olur normal isler natamam ali tehsil ile. Dizayn kurslarna gede bilersen, photoshop, autocad ve 3D max. 100% is tapacaqsan. Komputer arxasinda sakit is. maas 400 -1500 arasi ( stajdan asli) Imkanun olsaydi tanis filan dis texniki olmaq olar (diplomla yaxsidir ama lazimda deyil) Bu cox yaxsi pullu senetdir. (dis protezleri, keramika disler filan duzeltmek.) Birdeki belke hansisa magazada kreditor kimi islemek olar,eger gebul etseler. Ugurlar arzulayiram.!

Namazov Ismayil (2015-07-08 17:43:56)
Çox sağolun Allah razı olsun cavab yazdığınız üçün. Düzdü ikisidə ehtiyac olan sahədə ama təəsüf ki mənə uyğun deyil yoxsa çox istəyərdim.

Bextiyar Azeroglu (2015-07-08 12:13:34)
1. Bərbərlik 2. Maşın ustalığı bu sənətlərə daim hər yerdə ehtiyac var yetərki işinin ustası olasan.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Məsləhət- obyekt üçün

Noutbook almaq

Məsləhət, təyyarə maketi

Xaricdən online smart saat sifarişi

ASUS ZENFONE 6

Almanca söz bazası yığmaq