Telefonda “Yenidən başladın” funksiyası ilə bağlı sual

Salam, sualım aşağıdakı şəkildəki bölümlə bağlıdır.Telefonun sağ tərəfindəki düyməni sıxanda ekranda şəkildəki Telefon seçimləri çıxır və bilmək istəyirəm ki bu seçimlərdə üçüncüsü yəni ki Söndür və Təyyarə rejimindən aşağıda olan Yenidən başladın bölümü telefonun perezaqruzka funksiyasıdır? Yəni həmin yazının üzərinə vursam telefonda nə isə silinə bilər? (Telefon hərdən donur soruşduğumdan istifadə etsəm telefonun donmağına qarşı yaxşı təsir edər?) Zəhmət olmasa bilənlər sualıma cavab yazardınız, qabaqcadan təşəkkürlər.

Verilmiş cavablar və yazılan şərhlər (3 cavab var)

Galaxy (2015-07-09 02:23:59)
Çox sağ olun.

Software Developer (2015-07-08 11:24:29)
Yox yox qətiyyən. Yenidən başlad - sadəcə restart deməkdir, yəni söndürüb-yandırma ikisi birində. Heç bir əlavə xeyri yoxdur, sadəcə söndürüb yandırmaq deməkdir. Sıfırlamaq, zavod ayarlarına qaytarmaq isə Ayarlar bölməsində yerləşir.

NONANE (2015-07-08 11:19:13)
Format etmek ucundur. Yeni telefonu format etmek, Sexsi fayillari silmek ve butun secenekleri sifira atmaq. Telefon qayidir oz ilk nastroykalarina ve butun siz terefden yazilan programlari silir yaddasindan. Orda 2 nov secim olmalidi tam silmek ve sexsi fayilllari saxmaqla, telefonunun seceneklerini sifirlamaq. Telefon magazadan cixan veziyyetine qayidir.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

oğurluq telefonun tapılması

Smartfon ilə NFC ödəniş haqqında

LG P970 ilə Subway Surfers-in təzə versiyasını yüklədim amma yüklənmədi

telefon seçimində kömək

android-də şifrə sindırmaq

telefonum enerji doldurmağa qoyan kimi qızmağa başlayır