From.ae bestel notbuk

salam . Besteldən olan bu notbuku yoxsa From.ae-dən bu notbuku alım. Bestel: http://az.bestel.az/HP-ProBook-450-G2-i5/p/3681 from.ae: https://from.ae/en/hp-450-g2-intel-core-i5-8gb-1tb-2gb-15-6-win-8-1 Eyni notbuklardı sadəcə GHZ fərqlidir. From-da 1.7 Ghz, bestel 2.7 Ghz-dir. Hardan almağı məsləhət görərdiz? Təşəkkürlər.

Verilmiş cavablar və yazılan şərhlər (8 cavab var)

Shukran (2015-07-12 13:58:20)
Çox sagol :)

Mehman Elxanoglu (2015-07-12 13:02:21)
Şükran, qardaş, dünyanın hər yerində Intel Core i5-4210U 1.7 GHz (upto TurboBoost 2.7 GHz)dir :)

Shukran (2015-07-11 14:25:49)
Öyrəndim. əgər min (1000) man keçmirsə gömrükdə problem yoxdu. Sonda kefiyyətə etibarb edə bilirəm. Razısız? Sadəcə yenədə 1.7 ghz narahat edir.

Mehman Elxanoglu (2015-07-11 10:27:47)
Ucuz olmağına from.ae ucuzdur, keyfiyyətə gəldikdə 100% olmasa da, 80-90% əminəm ki, keyfiyyətli mallar olur saytda... Ən azı özüm vaxtı ilə Note 3 almışam oradan və hələ də şikayətsiz istifadə edirəm. Amma o vaxt gömrükdə problemlər yox idi, mən telefon alandan sonra (yadınızda olar bəlkə) bir ara gömrükdə gətirilən texnikalarla bağlı nəsə dəyişikliklər oldu, tam olaraq bilmirəm gömrükdə nə dəyişdi, nə yox, sonra qeydiyyatın qiyməti qalxdı oldu hüquqi şəxslərə 20 qəpik, fiziki şəxslərə 5 AZN, halbuki, mən alanda qeydiyyat pulsuz idi. Amma bir halda ki, sayt gətirib çıxaracağına əmindirsə, yəqin ki, mal gömrükdə ilişməyəcək. Hər halda cəhd etməyinə dəyər, duran yerdə 200-300 AZN niyə artıq ödəyəsiniz ki?! Həmin pula əlavə RAM və ya HDD (və yaxud digər aksessuar) alıb, noutbuku təkmilləşdirmək olar, düz demirəm? Bəri başdan qorxuya düşüb, Besteldən alsanız, bir dostunuz da o yandan çıxıb desə ki, from.ae-dən problemsiz filan texnika aldım, onda Siz həmin 200-300 AZNdən əlavə mənəvi zərbə də alacaqsınız :) Onsuz da istənilən halda malı ala bilməsəniz, pulunuz geri qaytarılacaq. Düşünməyə dəyər, əgər from.ae-dən alası olsanız, inşAllah nəticəni də bura qeyd edərsiniz, biz də bilərik ki, gömrüyümüzdə texnikalara qarşı mövcud vəziyyət nə yerdədir ;)

Shukran (2015-07-10 23:57:45)
Çox sagolun. Başqa cavab yoxdu?) Besteldə 980 mandı Amma from təxmini 600 Yəni from daha əlverişlidir. From məsləhətlidi?

Ezio Auditoro (2015-07-10 18:00:38)
Bəli

Shukran (2015-07-10 17:12:13)
Yəni eyni parametrlərdi. Sadəcə müxtəlif formalarda yazılır.Amma funksiyaca eynidir. Düzgün başa düşdüm?

Mehman Elxanoglu (2015-07-10 11:27:30)
Salam, baxmayaraq ki, takt tezlikləri fərqli göstərilib (1.7GHz və 2.7GHz), əslində eyni noutbuklardır. Məsələ burasındadır ki, müasir noutbuklarda takt tezliyi iki cür göstərilir, adi takt tezliyi (əsasən enerjiyə qənaət üçün istifadə edilir) və TurboBoost tezlik (burada artıq noutbuk bütün var "gücü" ilə işləyir)... Normalda prosessor belə göstərilir: Intel Core i5-4210U 1.7 GHz (TurboBoost 2.7 GHz)... Ancaq Bestel burada bir reklam "fırıldağı" (yəni əslində fırıldaq da demək düz olmaz!) edib, from.ae isə məlumatı tam olaraq göstərməyib, buna görə Bestelin yerləşdiridiyi noutbuk gözünüzdə daha üstün görünür, halbuki, tamamilə eyni noutbuklardır, təkrar edirəm TAMAMİLƏ EYNİ... Kimdən soruşsanız, Intel Core i5-4210U prosessorunun tezliyi nədir, Sizə bu cavabı verəcəklər: 1.7 GHz (up to TurboBoost 2.7 GHz).