Magistratura haqqında

Salam. Mən ADNA-nın 4-cü kurs tələbəsiyəm. İxitsasım əsasən neftlə bağlıdır. Bu il insallah magistraturaya vermək istəyirəm. Onun üçün mənə məsləhətli bir magistr kursu lazımdır. Pulu normal olsun təhidəki yaxşı olsun. Xarici dil kursuna gedirəm. Mənə əsasən informatika və ixtisası yaxşı öyrənmək lazımdır.Belə bir kurs var?

Verilmiş cavablar və yazılan şərhlər (2 cavab var)

Anar96 (2015-07-10 16:22:17)
Kursa getməyinizi ümumiyyətlə məsləhət görmürəm. Ən yaxşısı özünüz hazırlaşın TQDK nın kitab və testlərindən. İxtisasa gəlincə isə qaqaş demişkən bu 4 ildə bəs nə öyrənmisiniz? Mühazirələri tapıb özünüz öyrənin. Ümumiyyətlə magist kursu deyilən anlayış yoxdur və ola da bilməz. Pullarınızı itirməyin. Uğurlar!

Software Developer (2015-07-10 10:26:44)
1. İxtisası yaxşı öyrənmək - soruşmaq eyib olmasın, bəs 4 ildir universtitetdə nə öyrənirdiniz? :) İxtisas dərsləri ən yaxşı öyrənə biləcəyiniz yer universitetinizdir, o kifayət etmirsə ya universitet müəllimlərinin hansınınsa yanında hazırlaşın, ya da özünüz hazırlaşın. Bu məsələdə kurslara qəti etimad etməyin. Hansına getsəz deyəcəklər həə tam doğru yerə gəlmisiz, sizin ixtsasa bizdə əla hazırlıq var(halbuki ilk dəfədir eşitmiş olur sizin ixtisasın adını) 2. Məntiq testləri - bilikli.net bəs edər sizə, xüsusi kursa gərək yoxdur məncə. Amma yenə də kurs vacibdirsə, çoxdur məntiq kursları. 3. Informatika - kibernetika institutu, ikt insitutları var elmlər tərəfdə, oralarda işləyən müəllimlərlə hazırlaşmaq olr

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Magistratura

İnformasiya Texnologiyaları diplomu ilə harada işləmək mümkündür?

magistaturanin 1ci mərhələsində hər fənn üçün bal

Magistratura üçün ixtisas seçimi nece olur?

Xaricdə təhsil

Magistratura – yaxşı kurs