SOCAR yoxsa BP

Salam. Mən ADNA-da təhsil alıram. Bilmək istəyirəm ki, SOCAR yoxsa BP şirkəti yaxşıdı?. Birdə insallah təhsilimi bitirdikdən sonra bu iki şirkətdən hər hansı birinə daxil olmaq üçün nə etməliyəm. Eşitdiyimə görə BP şirkətində işə qəbul olmaq üçün ilk öncə ingilis dilində inşa yazmalısan, sonra ingilis dilində müsahibə verməlisən. Bunlar nə vaxt olur. Yəni hansı vaxtlar keçirilir?

Verilmiş cavablar və yazılan şərhlər (6 cavab var)

Shems (2015-07-16 21:37:05)
Coox sagolun

Maqa (2015-07-11 12:08:33)
əlbəttə Bp etibarlı və yüksək maaş ən əsası öz ixtisasını ingilis dilində bilməlisən daha sonra müsahibələrə çağırılırsan və lazımi nəticə yığdıqda qəbul olunursan mənim bir tanışım tələbədi 3 kurs super dil bacarığı var və müsahibədə qalib gəldi artıq o BP nin maraq dairəsindədi

Anar96 (2015-07-10 15:56:11)
http://www.bp.com/az_az/caspian/career.html

Anar96 (2015-07-10 15:46:02)
Əlbətdəki BP. Həm xarici şirkətdir həm dəki dünyanın ən tanınmış şirkətlərindən biridir. İngilis dilini minumun intermediate bilməlisən ama çətinlik olmasın deyə upper və ya advanced bilsən daha yaxşı olar. Birinci məntiqdən test verirsən əgər keçsən musahibə. Burda səndən hərtərəfli müsahibə götürürlər, yəni həm dil biliyi, ixtisas biliyi, həm də davranış. Maaşlar da yüksəkdir. Və işçilər üçün şərait əladır, müasirdir mühit englishdir və s. bu kimi üstünlüklərə malikdir. Xarici şirkətlərə girmək şansınız olmadıqda Socarı sinayarsız. Ən əsası english bacardığınız qədər əla öyrənin.

Sabir_Azeri (2015-07-10 01:23:59)
Hansi fakultede oxuyursan?

NONANE (2015-07-09 23:32:15)
BP haqda elede yaxsi seyler esidmemisem. Hemde orda tez tez kutlevi isden cixartmalar olur

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

SOCAR İstiqrazları haqqında nə bilirsiz? Almağa dəyər?

BP.DPG şirkətinin adresi

Socar test imtahanı