Asus noutbukunun keyfiyyəti necədir?

Salam, mənim sualım Asus noutbuku haqqındadır. Bu noutbukdan mənə Rusiyadan göndəriblər. Soruşuram ki, RAM-ı neçədir, deyirlər ki, burda elə bir termin yoxdur.Markası belədir: Noutbuk AsusX553M. Xahiş edirəm bu noutbukun funksiyaları barədə məlumat verəsiniz. Məsələn, RAm-ı neçədir, yaddaşı, sərt diski.... Məndə HP v185ws-dir, 7 ildir istifadə edirəm, RAM-ı 1-dir, ümumiyyətlə zəifdir məni qane etmir, sizcə yeni noutbukum ondan güclüdür? Qabaqcadan təşəkkür edirəm.

Verilmiş cavablar və yazılan şərhlər (6 cavab var)

Pr0graMMeR ELviN (2015-07-12 16:00:29)
Birinci növbədə noutbuk qızmamalidir... Bunun üçün də çalışmaq lazımdır ki, stolüstü işlədəsiniz. Əldən yerə bir dəfə salsaz ciddi problemlər yarana bilər. Çalışın original əməliyyat sistemi işlədin. System care tipli proqramlardan, disk Defrag tipli proqramları hər zaman işlədin. Klaviaturanın düymələrini çox sıx basmayın və s.

Rufat M (2015-07-12 15:41:57)
Cavab verdiyiniz üçün çox sağ olun, təşəkkür edirəm. Yəni deyirsiz ki, bu noutbuk mənim keçmiş kompüterimdən heç də keyfiyyətli deyil? Bunun qurğuları ondan yaxşı olduğu halda nədən uzun zaman tab gətirməyə bilər?Və bu noutbuku necə etmək olar ki, problemsiz işləsin? Bu suallarımı da cavablandırsanız məmnun olardım.

Pr0graMMeR ELviN (2015-07-12 00:30:17)
Rufat M, demək istədiyim odur ki, parametrləri yaxşıdır.Linke daxil olub özünüz də baxa bilərsiniz... Amma kompüterin qurğuları uzun zaman tab gətirməyə bilər... Yəni tez sıradan çıxma ehtimalı var... Bir sözlə uzunömürlü kompüter deyil... Kompüter davamlı olaraq problemsiz işləsə uzun müddət işlədə bilərsiz

aziz84 (2015-07-11 23:52:30)
Asus notebook çox keyfiyyətli olur.Səhv etmirəmsə keçən il ən az geri qaytarılan kompyuterlər arasında 1 -ci olub....

Rufat M (2015-07-11 22:56:41)
Necə yəni hər şey yaxşıdır... Amma uzunömürlülük haqqında belə deyə bilmərəm...??? Xahiş edirəm ətraflı məlumat bilən varsa cavab versin.

Pr0graMMeR ELviN (2015-07-11 21:06:27)
http://www.dialatv.co.uk/asus-x553m-laptop.details Hər şey yaxşıdır... Amma uzunömürlüluk haqqında belə deyə bilmərəm...

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Amazondan Noutbuk sifarişi

Noutbukun video cardı haqqında

PC yığdırmaq

Komputer ustalarının komputerlərin ehtiyat hissələrini oğurlaması

notebookun gücünü artırmaq.

Hansı telefonu almağı məsləhət görürsünüz?