Azərbaycanda sahibkarlara maddi dəstək olan şirkətlər var?

Salam. Mənim bir layihəm var amma bu layihəni həyata keçirmək üçün maddi cəhətdən imkanım çatmır. Azərbaycanda elə bir şirkət varmı layihələrə ortaq olmaqla sahibkarlara dəstək olsunlar? O qədər də itiriləcək şey yoxdur əslində. Başlanğıc üçün 3000-5000 AZN kifayət edir internetdən pul qazanmaq layihəm üçün.

Verilmiş cavablar və yazılan şərhlər (3 cavab var)

Bextiyar Azeroglu (2015-07-18 13:31:41)
ölkədə olan bankların 99% ilə əlaqə saxlamışam heç biri tələbəyə kredit vermir. accesbankın fb səhifə adminini həyatdan bezdirdim ama heç bir yolla kredit almaq olmur. mənə də 6000azn civarında pul lazm idi ps3-4 klub açmaq sevdasına düşmüşdüm)

ilkinveliyev (2015-07-18 12:53:19)
Rəyiniz üçün çoxsağolun Software Developer . Borc məsələsinə gəldikdə isə mən tələbəyəm üz vurmadığım bank qalmayıb. mənə kredit verilmir heç bil gəlir yerim olmadığı üçün. Valideynlərim isə internetdən pul qazanmaq fikrimə heç dəstək deyillər. Adam kimi oxu get iş tap timsalı))) yazdıqlarınızı nəzərə alacam təşəkkür edirəm

Software Developer (2015-07-17 16:52:15)
Qısa cavab istəyirsinizsə - Yoxdur. İnfipro şirkəti var (infipro.az), amma onlar real gəlir qazanan şirkətə edirlər yatırım, biznesi böyütmək üçün. Dövlətin fondları var 5-20 min verirlər, qrant kimi, pay sahibi olmadan - ictfund.az, Elmin İnkişafı Fondu və.s. Bir də açığı desəm dediyiniz fikir bir az qeyri ciddi səslənəcək onlar üçün: yəni 3-5 min olsa gəlir gətirən layihəm olar fikri. Çünki belə deyən yüzlərlə adam var və hər biri də səmimi inanır ki elədir. Amma pul olanda üzə çıxır ki, adi tələbə həvəsi imiş, biznes plan yox, real müştəri tələbindən xəbəri yox, bazar araşdırması yox və.s. Bu tip fikirlərə fondların əsas cavabı budur: əgər 3-5 minlə iş düzələrdisə və buna əmin olsaydız, bunu kimdənsə borc alaraq edərdiniz kiməsə pay vermədən. Pay verirsizsə deməli özünüzün də inamınız yoxdur, borca girmək istəmirsiz

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Sponsor, təşkilatı dəstək, informasiya dəstəyi

İnternetdən pul qazanmaq

Internetdən pul qazanmaq

Apple Pay Azerbaijan