İnternet ALışveriş üçün visa kart

Salam. Ebay vəya Aliexpress-dən sifariş üçün hansı bankdan kart almaq daha əlverişlidir. ?

Verilmiş cavablar və yazılan şərhlər (11 cavab var)

Namazov Ismayil (2015-07-25 14:26:27)
Təşəkkür edirəm. Hesba nömrəsi yəqinki budu http://i.hizliresim.com/MyXLGg.jpg

U.Tarlan (2015-07-25 14:14:20)
Bəli, MilliÖn vasitəsi ilə karta pul qoymaq olur, dediyim kimi kartın hesab nömrsini öyrənmək lazimdir. Banka müraciət etsəniz sizə deyəcəklər. Yadınızda qalsın, hesab nömrəsi kartın üzərindəki 16 rəqəmli nömrə deyil, digər başqa bir hesab nömrəsidir, bu kodu bildikdə o zaman mümkündür. 100 dolları sonra xərcləyə bilərsiz.

Namazov Ismayil (2015-07-25 02:01:14)
Təşəkkür edirəm bəy. Yəni millön vasitəsiylə karta pul qoya biləcəm? Birdə bu 100dolları sonra xərcləyə biləcəmdə?

NONANE (2015-07-25 01:42:02)
Maas kartli ile olur amma meslehet deyir. Is birdefe olur, birden xakerlerin eline kecdi. Karta pul qoymaq ise odenis bankomati vasitesiyle ve kassa dan olur.

U.Tarlan (2015-07-25 01:41:26)
Siz kartı online sifariş edirsiz və sizə yaxın olan filialını seçirsiz kartı götürmək üçün. 3-4 iş günü ərzində Bank sizinlə əlaqə saxlayıb kartınız hazır olması haqqında malumat verəcək

U.Tarlan (2015-07-25 01:40:14)
Maaş kartından online xidmətlər üçün istifadə etmək məsləhət bilməzdim. Sizə veridyim linkdən sifariş edin VİSA Standart. İlk olaraq karta 100 dollar qoyacaqsız və həmin pulu istifadə edə bilərsiz. Karta pulu qoyub gec keçmək düzgün məlumat deyil. Bankomatlardan Cash in və ya MilliÖn xidmətindən kartınızın hesab nömrəsini öyranib həmin hesaba pul yatırdıqda həmin an pul keçir.

Namazov Ismayil (2015-07-24 20:11:37)
Məndə texnika bankın maaş kartı var. Internet bankla maaş kartından pul transfer etmək olur yeni kartıma?

Namazov Ismayil (2015-07-24 20:10:00)
Birdə karta pulu necə qoyacam? Məsələn bank respublikadan kart alsam. Gərək Bank respublikanın ofisinə gedim yoxsa

NONANE (2015-07-24 19:58:20)
Bank of Baku ve ya Kapital bank Kapital bankkda pulu qoyan kimi karta yatir amma bank of bakuda seher goyulursa, axsam usutu yatir, axsam ustu goyulursa seher gunortadan sonra yatir. Amma bu 2 bankda kart ucuzdur digerlerinden. Hec bir sert yoxdur.

Namazov Ismayil (2015-07-24 17:37:35)
Təşəkkür edirəm. Verdiyiniz linkdən Visa Elctron kartını seçib doldursam kartı almaq üçün nə qədər pul ödəməliyəm? Və kartın hazırlanmasına nə qəd'r vaxt gedir əccəl 1 ay idi bu müddət yenə elədi?

U.Tarlan (2015-07-24 17:32:12)
Salam. Bank seçimnin elə bir əhəmiyyəti yoxdur, əsas etibarlı bank olsun. VİSA və ya MASTER CARD ikisindən birini seçim edə bilərsiz. Ən əsası isə kartı dollar valyutası ilə sifariş edin əgəronline alış-veriş dollar valyutası ilə olacaqsa. Mən şəxsən neçə ildir Bank Respublikanın VİSA kartından istifadə edirəm. Heç bir problem yaşanmayıb indiyə qədər. Kartı sifariş etmək üçün bura daxil olun.