Sayt təhlükəsizliyi və idarəsi

Salam, belə bir sualım var idi, sayt yaradılandan sonra onun təhlükəsizliyini və idarəsini bilmək üçün mən ən azından nələri bilməliyəm? Saytı başqası yaradır sadəcə sonrakı proseslər (idarə və təhlükəsizlik) məni maraqlandırır. Məsələn əziyyət çəkib saytı bir neçə ilə yüksək bir reytinqli sayt edirsən sonradan isə oğurlanır və ya hack olunur, bu halla qarşılaşmamaq üçün bu başdan mən nələri öyrənim? Və neçə müddətə bunu öyrənmək olar?

Verilmiş cavablar və yazılan şərhlər (3 cavab var)

Breathtaking (2015-08-01 01:13:32)
Sizcə turbo.az, hesab.az, azqadin.az kimi saytlar konkret proqramlaşdırmanı bilən insan tərəfindən yaradılıb idarə olunur yoxsa proqramçı yaradıb hər hansı bir insanın istifadəsi üçün ona təhvil verib? Əslində məsələ belədir ki, Bizdə olmayan bir şeylə bağlı sifarişlə bir sayt yaratmaq isdəyirəm və hazıram ki, 1-2 il gəlir barədə ümumiyyətlə düşünməyim, sadəcə saytı təhvil alandan sonra onu özümün idarə edə bilməsinin nə qədər real olacağını bilmək isdəyirəm?

Software Developer (2015-07-31 18:39:33)
Salam. Deyildiyi qədər asan deyil məsələ. İlk öncə qərar verin ki siz layihədə hansı pozisiyadasınız. Rəhbərmi, developermi, sisadminmi? Rəhbərsizsə, qarışmayın bu işlərə, bilən birinə həvalə edin əgər sayt ciddi bir şeydirsə, o da öz işidir deyə qayğısına qalsın backup, təhlükəsizlik və.s. işlərin (ciddi deyilsə zatən qorxmağa dəyməz oğurlayarlar filan) developersizsə, sisadminsinizsə, bunlar ayrıca sənətlərdir, öyrənmək lazımdır və illər lazımdır lazımi səviyyəyə çatmağa. məncə hər kəs öz işlərini düzgün bölməlidir. saytı qurdurun, yüksək reytinqə doğru getdiyini görəndə bir peşəkar şəxs və ya komanda ilə anlaşın, bu işləri onlar görsün sizin üçün

majidoff (2015-07-31 18:27:23)
Salam əsas proqramlaşdırma dillərini bilsəz yəni CSS,HTML,PHP bunları bilsəz yaxşı olar. əsas da PHP. Bildiyin kimi bir çox saytlar PHP üzərində qurulub.Buna görə də PHP-ni bilməlisən orta səviyyədə.çünki ola bilər saytda açıq olsun və sayt hack olunsun... Bu açıları bağlamaq üçün PHP şərtdir... Bir də ki, sayt professional şəkildə yığılsa saytda açıq olmaz...