Google Adsense ban almışam necə silmək olar bu banı?

Salam, 2007-2009cu illərdə google adsense saytımda kimlərinsə qəsdli olaraq reklamlara clickləməsindən ötürü ban verib. Vaxtında googla bunu bildirsəmdə google bir əhəmiyyət verməyib. Məlumatı olanlardan xahişim bir yol göstərin. Təşəkkürlər.

Verilmiş cavablar və yazılan şərhlər (2 cavab var)

NONANE (2015-08-05 18:24:03)
2009 ilde ban edibler ?

Software Developer (2015-08-05 11:13:44)
Təəssüf ki demək olar ki heç cür. Adsense belə hallarda reklamverənin tərəfini tutur, yəni maraqlanmır ki reklamyayanda günah var ya yoxdur, əsas odur ki yalançı klik olub və reklamverən ziyana düşüb, deməli reklamyayan blok edilməlidir, günah ondadır ya düşmənində fərq etmir Google-a bu. Aylarla yazışma ilə sübutla zadla nail olmaq olar, amma dəyməz buna məncə. Xüsusən də adsense-in bizim bazarda ölü olması durumunda. Soruşa bilərsiz ki onda istənilən adam istənilən sayta belə mərdimazarlıq edə bilər? Cavab, yox. Çünki kimin ki trafiki normaldır, qaydaları pozmur, elə saytlara kimsə pislik etmək istəyəndə google iqnor edir bunu və blok etmir. kimin ki saytında trafik çox kiçikdir və sayt özü qaydaları pozmağa meyllidir(düz əməlli kontenti yoxdursa və ya klik sayı normadan çoxdursa v.s.) onu dərhal blok edir belə hal çıxanda