Müəllif hüquqlarının pozulması

Salam hərkəsə. Normal reytingli bir moda saytım var. sadecə online moda dərgisi adı altında fəaliyyət göstərir, satışla yox. Saytadı.az formasında. İstifadəçilər daha çox google actarışlarından gəldiyindən SMM'ə fikir vermirdim amma bu yaxınlarda qərar verdim ki sosial şəbəkələrdə də aktivlik yaradım, facebook və tvitter hesablarını fb.com/saytadı.az kimi aldım lakin instagram hesabını almaq istədiyimdə artıq alınmışdı. Açdım gördüm ki 10k+ followerli bir hesab, müxtəlif aksesuar satışları ilə məşğuldur və bütün şəkillərin filan üzərində saytın logosu. Əlaqə saxladım, dedim bəs bizim saytın adından istifadə edirsiz dedilər ki yox sizin saytdan xəbərimiz yoxdur təsadüf olub. Amma ad da elə təsadüf olunası şey deyil. Hətta ortaqlıq da təklif etdim ki, gəlin satışı sizə verim saytda da aparın satışı razı olmadılar. Mənim saytımın populyarlığından istifadə edib yaxşı satış da edirlər. İnstagrama report etdim müəllif hüquqları ilə bağlı, ordan da bir cavab gəlmədi, nəticə çıxmadı. Nə edə bilərəm bununla bağlı ?

Verilmiş cavablar və yazılan şərhlər (2 cavab var)

Breathtaking (2015-08-05 13:06:11)
İnstagram ola bilməz cavab yazmasın, yəqin müraciyət çoxdur deyə uzanır məsələ. Birdə Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi -nə sadəcə zəng edib məsələni onlaraa desəz yaxşı olardı. Çünki elə şeylər varki biz o haqda bilmirik, hansıkı agentlik konkret addımlar ata bilər.

Software Developer (2015-08-05 11:25:43)
Salam. Elə doğru yoldasız. instagrama yazmaqda davam edin. israrla. nə çıxsa ordan çıxacaq. məsələni çətinləşdirən odur ki sizdə yəqin ki yalnız domen və saytdır, trademark, qeydə alınmış hüquqi şəxs və.s. heç nə yoxdur. onlar olsaydı şansınız qat-qat artardı.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Mahnı müəllifini necə tapa bilərəm?

muellif huquqlughu nece almaq olar?