Web Səhifədəki şəkillərin ölçüsü ilə bağlı

Salam,dostlar.Yalnız HTML'in köməyi ilə belə bir sayt yığmışam:

Qırmızı ilə işarələnmiş yerdə hərəsi bir ölçüdə olan HD şəkillərdir və onları "img" teqinin "width" və "height" qoşmalarının köməyi ilə bir ölçüyə gətirmişəm.Problem isə ondadır ki,bu cür görünüş yalnız chorme və operada alınır.İnternet explorer və smartfonda opera mini ilə girəndə isə şəkillərin ölçüsü dəyişilməmiş olur və dəhşət bir görünüş meydana çıxır.Onu soruşmaq istəyirəm ki,bu şəkillərin bütün brouzerlərdə rahat görünməsini təmin edən bir teq varmı yaxud onların hamısını bir-bir ölçüsünü komp.da dəyişşib sonra səhifəyə yerləşdirməliyəm?Bir də ki,sizcə,bu cür xırdalıqlara diqqət vermək vacibdirmi, yoxsa chorme və operada normal görünməsi kifayətdir?Qabaqcadan təşəkkürlər..

Verilmiş cavablar və yazılan şərhlər (3 cavab var)

Əli (2015-08-09 09:46:57)
təşəkkürlər

Software Developer (2015-08-08 12:02:56)
Əlbəttə vacibdir elə "xırdalıqlar" . 1. Tələsmədən css-i öyrənin tam. w3schools.com-da məsələn. TAM əvvəldən axıra. 2. Javascript start səviyyədə öyrənin. 3. Bootstrap framework-ü yükləyin və hazır example-lar üzərində istədiyiniz kimi grid dizaynlar qurun. Həm bütün brauzerləri dəstəkləyəcək, həm də düzgün yolda olmuş olacaqsınız. Belə pərakəndə, img, width? height uğraşmalar ilə uzağa getmək olmaz. Bootstrap yaxşıdır

Şükür Hüseynov (2015-08-08 00:16:15)
Salam css işlətmədən sayt yığsaz belə problemlər çox olacaq css öyrənin onda bu tip problemləri də aradan qaldırmağı biləssiz bütün xırda detallara fikir vermək lazımdır tək opera və chromeda açılmağı bəs eləmir gərək elə edəsiniz ki hər yerdə düzgün açılsın tək html işlədərək bir çıxış yolu var o daki faizlə işləmək bütün elementlərin enini uzunluğunu faizlə verin amma düzgün onda yaxşı alınar

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Share button

Qeydiyyat tələb etməyən image-hosting sayt(lar)ı

Ubuntunun image çıxarmaq

php mysql dan photo tablesi boş olarsa

Php şəkil yükləmək

Ekrana şəkil yükləyə bilmirəm