“!DOCTYPE html” nə üçündür?

Salam.Bir çox saytların mənbə kodunun əwəlində [code] <!DOCTYPE html PUBLIC "-//W3C//DTD XHTML 1.1//EN" "http://www.w3.org/TR/xhtml11/DTD/xhtml11.dtd"> <html xmlns="http://www.w3.org/1999/xhtml" xml:lang="en"> <head profile="http://www.w3.org/2000/08/w3c-synd/#"> [/code] Kimi şeylərə rast gəlinir.Onu öyrənmə istəyirəm ki,bunların mənası nədir? Və bir də,sayt azərbaycanca olsa belə,"lang=en" yazılır bəs bu niyə? Qabaqcadan təşəkkürlər.

Verilmiş cavablar və yazılan şərhlər (5 cavab var)

Əli (2015-08-10 12:20:19)
Çox sağ olun!O dəfə məsləhət gördüyünüz kimi,artıq CSS'i öyrənirəm..

Software Developer (2015-08-10 11:59:23)
Dünya internet standartlarını w3 təşkilatı tənzimləyir, ona görə. Bunlar çöx önəmsiz məsələlərdir, gərəksiz yerə vaxt itirməyin belə şeylərə. Birbaşa html, css, javascriptin özünü öyrənin

Əli (2015-08-10 10:44:05)
çox sağ olun.Bəs bilmirsiniz,w3.org saytının URL'ini ora niyə yazıblar?

Software Developer (2015-08-10 09:59:51)
doctype brauzerlərə göndərilən kiçik məlumatdır, səhifənin hansı tip sənəd olduğunu deyir. ikinci isə xml-in dilidir. məsələn səhifə rus dilindədirsə gərək ki belə ola: xml:lang="en" lang="ru". Bütün bunlar əvvəllər daha çox önəm kəsb edirdi, indi demək olar ki formaldır, brauzerlər çox ağıllanıb, hər şeyi özləri görə bilir bu teqlərə ehtiyac olmadan

Əli (2015-08-10 09:55:54)
Ups,adını səhv yazmışam :( "Mənasını bilmədiyim bəzi teqlər" olmalı idi...

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

install necə qurum ?

Web proqramlaşdırmanı öyrənmə ardıcıllığı.

php: tags sistemi

NOKİA 2600 CLASSİC KOdLARI

web proqramlaşdırma haqqında.

Ebay-da New Without Tags & With Tags