nece iT mutexessisi ola bilerem?

Salam. Mən gəlecəkdə IT mütəxəssisi olmaq üçün hansı praqramlaşdırma dillərini bilməliyəm? Hardan başlayacağımı bilmirəm.Xahiş edirəm məsləhət verin


Yadda saxlama
Kateqoriya: Sual . , . Qısa keçid.

Verilmiş cavablar və yazılan şərhlər (7 cavab var)

(20:00, 11/08/2015 ) #57490

“gələcək” deyəndə, hələ abituriyent sinizsə, #1 qrupa hazırlaşaraq kompüterlə bağlı hansısa bir fakültəyə düşməyə çalışın.proqramlaşdırmaya gəldikdə isə, məncə, web proqramlaşdırma yaxşı@ başlanğıcdır.bunun üçün, w3schools.com, ilkaddimlar.az və s. kimi saytlarda növbə ilə HTML, CSS, PHP, Java Script və bir-iki başqa web proqramlaşdırma dilini öyrənin …

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(20:47, 11/08/2015 ) #57493

ixtisasım informasiya texnologiyaları və sistemləri mühəndisliyidi.Bir də bunun üçün ingiliscə bilmək şərtdi? Cavabınızçün təşəkkürlər

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (20:50, 11/08/2015 ) #57494

    elə də vacib deyil amma olsa, çox yaxşı olar.Riyaziyyatı amma vacibdir.

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (23:37, 11/08/2015 ) #57498

    Bəli bilmək şərtdir. İngilis dili biləməyəni İT sahəsində işə götürməzlər heç. Bütün herşey ingilis dilindədir APİ-lər sənədlər vs s. İKT böyük sahədir burda çoxlu peşələr var birini seçib öyrənmək daha yaxşı olar. Sənə maraqlı olan nədirsə onu da öyrən. Amma unutma ki oxuyub başadüşə biləcək səviyyədə ing dili bilmirsənsə heçnə öyrənə bilməyyəssən. Ola bilər 1-2 kitab, məqalə tərcümə olunsun bunlar tam başa sala bilməyəcək səni. Bir yerə çatanda ilişib qalassan.

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(23:06, 11/08/2015 ) #57497

Ən birinci mütləq ingilis dilini öyrənməlisiniz. Speaking elə də vacib deyil. Çünki mütəxəssis olmaq üçün ancaq ingilis dilli materiallardan və dərsliklərdən istifadə etməli olacaqsınız. Beynəlxalq IT sertifkatlarını almağa çalışın başlanğıc üçün CompTIA sertifkatları yaxşı olar və sonra mütləq bir istiqamət seçməlisiniz özünüzə. Çünki IT böyük bir sahədi və çoxlu qolları var və bunların yalnız birində peşakar ola bilərsiniz. Məs. Proqramlaşdırmanı seçəcəksinizsə java, c#, python. Web proqlaşdırma html, css, php, java script. Verilənlər bazası üçün Oracle db ilə, sistem üçün microsoft, şəbəkə üçün CISCO sertifkatları ilə maraqlanın. Security də var. Biraz çox qarışıq yazmışam 🙂 . Yəni istiqamətlər çoxdu. Sadəcə ingilis dili, həvəs, səbr və məqsəd olmalıdır. Qeyd edimki komputer ixtisasına girməyə ele də ehtiyac yoxdur, yəni ədəbiyyatçı da güclü məntiqə və həvəsə malikdirsə internetdən bunları öyrənə bilər və hətta komputer mühəndisindən də bilikli ola bilər. Uğurlar.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(12:25, 12/08/2015 ) #57505

Bu səhv fikirdi məncə adam ingilis dilin öyrənənə kimi pensiyaya çıxar 🙂 yavaş-yavaş öyrənməkdə olar birdə IT mütəxəssislə proqramçı ayrı şeydi bizdə. IT mütəxəssis əsasən komp problemlərini həll edən, sistem yazan, hardware problemlərini aradan qaldırana deyillər bizdə. Cəmi 1-2 dəfə görmüşəm IT mütəxəssis elanında proqramlaşdırma dili tələb olunub çox işlərdə proq. Dili tələb olunmuyub yəni IT mütəxəssis olmaq üçün kompun texniki şeylərin öyrənməlisiz hissələrin və s. Sistem yazmağı falan sonra digər aparatlardanda başınız çıxmalıdır. Amma Proqramçı uje ayrı şeydi müəyyən bir istiqamətin seçib öyrənməlisiz proqramçı olmaq üçün

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (13:53, 12/08/2015 ) #57512

    6 aya ieltsa hazırlaşan tələbələr var. Pensiyaya qədər deyəndəki cəmi 3 aya reading səviyyəsini artırmaq olar. Öz dilimizdə bu sahəyə aid kitab yoxdur. Olsa belə təməl biliklər çərçivəsindən kənara çıxa bilmir. İngilis dilini öyrənin heç olmasa 1 ilinizi ciddi şəkildə buna sərf edin. Peşman olmarsınız. Bütün dünyanın məlumatları sizin əlinizdədir kimi hiss edəcəksiniz. Buna inanın 🙂

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

Bu suala aid öz sualım var:
Sual verin
Bu suala cavab vermək istəyirəm:
Cavab verin

Cavab verin


Cavab yazmaq üçün lütfən sağ sütundan və ya buradan hesaba daxil olun.

Üzvlər üçün giriş

Qeydiyyat

Elan qutusu

Son cavablar və şərhlər

Cənab cavab verdi - Azərbaycandakı supermarket kassalarında işlədilən proqram (4 saat əvvəl)

E. Hacı cavab verdi - Proqramlaşdırma - fəlsəfə (1 gün əvvəl)

kapiltp cavab verdi - Proqramlaşdırma - fəlsəfə (2 gün əvvəl)

Cənab cavab verdi - kurs diplomu ilə işləyə bilərəm? (3 gün əvvəl)

kapiltp cavab verdi - Proqramlaşdırma - fəlsəfə (5 gün əvvəl)

E. Hacı cavab verdi - Proqramlaşdırma - fəlsəfə (5 gün əvvəl)

kapiltp cavab verdi - Proqramlaşdırma - fəlsəfə (6 gün əvvəl)

kapiltp cavab verdi - Proqramlaşdırma - fəlsəfə (7 gün əvvəl)

E. Hacı cavab verdi - Proqramlaşdırma - fəlsəfə (7 gün əvvəl)

kapiltp cavab verdi - Proqramlaşdırma - fəlsəfə (9 gün əvvəl)

Aysu2009 cavab verdi - Azərbaycan əsgər mahnısının sözlərini ingilis dilinə tərcümə etmək (9 gün əvvəl)

Aysu2009 cavab verdi - Atestat almaq üçün ne etmeliyem? (9 gün əvvəl)

Aysu2009 cavab verdi - Azərbaycan əsgər mahnısının sözlərini ingilis dilinə tərcümə etmək (9 gün əvvəl)

Software Developer cavab verdi - Xamaya başqa nə deyirlər? 6 hərflidir (14 gün əvvəl)

Erol34 cavab verdi - Xamaya başqa nə deyirlər? 6 hərflidir (15 gün əvvəl)

Software Developer - 615 xal

E. Hacı - 608 xal

Onar Alili - 526 xal

Dilsuz - 448 xal

Cabbarov Sübhan - 434 xal

Maqa - 346 xal

Ruslan Butdayev - 328 xal

Namiq Bəndəli - 297 xal

U.Tarlan - 244 xal

Meherremoff - 234 xal

Sistemə daxil olmuş 23295 sualdan 92%-dən çoxu cavablandırılmışdır.

Proyekt haqqında

E-Haci.net istehsalı. © 2010-2024