nece iT mutexessisi ola bilerem?

Salam. Mən gəlecəkdə IT mütəxəssisi olmaq üçün hansı praqramlaşdırma dillərini bilməliyəm? Hardan başlayacağımı bilmirəm.Xahiş edirəm məsləhət verin

Verilmiş cavablar və yazılan şərhlər (7 cavab var)

Anar96 (2015-08-12 13:53:20)
6 aya ieltsa hazırlaşan tələbələr var. Pensiyaya qədər deyəndəki cəmi 3 aya reading səviyyəsini artırmaq olar. Öz dilimizdə bu sahəyə aid kitab yoxdur. Olsa belə təməl biliklər çərçivəsindən kənara çıxa bilmir. İngilis dilini öyrənin heç olmasa 1 ilinizi ciddi şəkildə buna sərf edin. Peşman olmarsınız. Bütün dünyanın məlumatları sizin əlinizdədir kimi hiss edəcəksiniz. Buna inanın :)

Şükür Hüseynov (2015-08-12 12:25:40)
Bu səhv fikirdi məncə adam ingilis dilin öyrənənə kimi pensiyaya çıxar :) yavaş-yavaş öyrənməkdə olar birdə IT mütəxəssislə proqramçı ayrı şeydi bizdə. IT mütəxəssis əsasən komp problemlərini həll edən, sistem yazan, hardware problemlərini aradan qaldırana deyillər bizdə. Cəmi 1-2 dəfə görmüşəm IT mütəxəssis elanında proqramlaşdırma dili tələb olunub çox işlərdə proq. Dili tələb olunmuyub yəni IT mütəxəssis olmaq üçün kompun texniki şeylərin öyrənməlisiz hissələrin və s. Sistem yazmağı falan sonra digər aparatlardanda başınız çıxmalıdır. Amma Proqramçı uje ayrı şeydi müəyyən bir istiqamətin seçib öyrənməlisiz proqramçı olmaq üçün

Anar (2015-08-11 23:37:09)
Bəli bilmək şərtdir. İngilis dili biləməyəni İT sahəsində işə götürməzlər heç. Bütün herşey ingilis dilindədir APİ-lər sənədlər vs s. İKT böyük sahədir burda çoxlu peşələr var birini seçib öyrənmək daha yaxşı olar. Sənə maraqlı olan nədirsə onu da öyrən. Amma unutma ki oxuyub başadüşə biləcək səviyyədə ing dili bilmirsənsə heçnə öyrənə bilməyyəssən. Ola bilər 1-2 kitab, məqalə tərcümə olunsun bunlar tam başa sala bilməyəcək səni. Bir yerə çatanda ilişib qalassan.

Anar96 (2015-08-11 23:06:11)
Ən birinci mütləq ingilis dilini öyrənməlisiniz. Speaking elə də vacib deyil. Çünki mütəxəssis olmaq üçün ancaq ingilis dilli materiallardan və dərsliklərdən istifadə etməli olacaqsınız. Beynəlxalq IT sertifkatlarını almağa çalışın başlanğıc üçün CompTIA sertifkatları yaxşı olar və sonra mütləq bir istiqamət seçməlisiniz özünüzə. Çünki IT böyük bir sahədi və çoxlu qolları var və bunların yalnız birində peşakar ola bilərsiniz. Məs. Proqramlaşdırmanı seçəcəksinizsə java, c#, python. Web proqlaşdırma html, css, php, java script. Verilənlər bazası üçün Oracle db ilə, sistem üçün microsoft, şəbəkə üçün CISCO sertifkatları ilə maraqlanın. Security də var. Biraz çox qarışıq yazmışam :) . Yəni istiqamətlər çoxdu. Sadəcə ingilis dili, həvəs, səbr və məqsəd olmalıdır. Qeyd edimki komputer ixtisasına girməyə ele də ehtiyac yoxdur, yəni ədəbiyyatçı da güclü məntiqə və həvəsə malikdirsə internetdən bunları öyrənə bilər və hətta komputer mühəndisindən də bilikli ola bilər. Uğurlar.

Əli (2015-08-11 20:50:35)
elə də vacib deyil amma olsa, çox yaxşı olar.Riyaziyyatı amma vacibdir.

ilahe19 (2015-08-11 20:47:35)
ixtisasım informasiya texnologiyaları və sistemləri mühəndisliyidi.Bir də bunun üçün ingiliscə bilmək şərtdi? Cavabınızçün təşəkkürlər

Əli (2015-08-11 20:00:14)
"gələcək" deyəndə, hələ abituriyent sinizsə, #1 qrupa hazırlaşaraq kompüterlə bağlı hansısa bir fakültəyə düşməyə çalışın.proqramlaşdırmaya gəldikdə isə, məncə, web proqramlaşdırma yaxşı@ başlanğıcdır.bunun üçün, w3schools.com, ilkaddimlar.az və s. kimi saytlarda növbə ilə HTML, CSS, PHP, Java Script və bir-iki başqa web proqramlaşdırma dilini öyrənin ...