Bakikart müvəqqəti kartı

Salam. Mənim sualım yeni cixan metro kartlari haqqindadir. Internetde yazilibki BakıKart Məhdud istifadə üçün” kağızdan hazırlanıb və onunla maksimum 4 gediş mümkündür. İstifadədən sonra həmin kartı atmaq olar. Kağız metro kartı Bakıya müvvəqqəti olaraq gələn qonaqlar üçün istifadəyə veriləcək və onun qiyməti 20 qəpikdir. Bu hissesi anlaya bilmedim. Zehmet olmasa bunu mənə başa salardiniz...

Verilmiş cavablar və yazılan şərhlər (4 cavab var)

Shems (2015-08-13 14:04:44)
Cooox sagolun

Anar96 (2015-08-13 13:42:26)
Ona özünüz qərar verməlisiz. Əgər çox nadir hallarda metrodan və bu kartların istifadə olunacağı avtobuslardan istifadə edəcəksinizsə kağız kart alın və bu kartın qiyməti 20 qəp.dir. Və max 4 gediş yükləyə bilərsiz. Bu gedişlər bitdiyində yenidən bu kartdan almalısınız. Yəni hər 4 gedişə 20 qəp. itirəcəksiniz. Daha doğrusu gediş haqqı sizin üçün 25 qəp. olacaq. Əgər tez-tez istifadə edəcəksinizsə 2 manat dəyəri olan plastik kart alın. Bu karta istədiyiniz sayda gediş yükləyə bilərsiniz.

Shems (2015-08-13 12:11:17)
Cox sagolun. Gedib metrodan kart alsam mene kagiz kart verecekler yoxsa plastik kart?

Breathtaking (2015-08-13 10:32:16)
Bir var kağız kart bu müvəqqəti gediş üçün nəzərdə tutulub, birdə var plastik kart, ondan isə daimi olaraq Avtobus və Metroda istifadə edə bilərsiz. Metrolarda satılır.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Bakıkart haqqında