Bakcell Internet paketi

Salam.Telefonumun modeli Sony Xperia SP.Sualım Bakcell-dən hər ay aldığım internet paketlə bağlıdır.Əvvəllər 360 mb bəs edirdisə,son zamanlar 1 aya 600 mb bəs etmir.Sizcə bu nədən ola bilər?Qeyd edim ki,əvvəlki kimi internetdən istifadə edirəm,lakin internet paketi tez bitir.Öncədən kömək edə biləcək hər kəsə təşəkkür edirəm.

Verilmiş cavablar və yazılan şərhlər (4 cavab var)

hchasanov (2015-08-14 23:11:37)
Salam.. Telefonunuz androiddirsə İnternet Speed Meter pro proqramı ilə ön və arxa fonda internetə bağlanan və hansı proqramın nə qədər internet trafiki istifadə etdiyini görə bilərsiz.

Əli (2015-08-14 12:09:40)
Hansı brouzerlə girirsizsə,bəlkə,şəkillərin keyfiyyətini maksimuma qoymusuz? Mən mobil internetdə çox vaxt şəkillərin ölçüsünü minimuma qoyuram ya da ki,tamam söndürürəm və bu mənə çox sərf edir..Bir də ki,hansı brouzerlə girdiyinizə də diqqət edin.Chorme adətən,bütün saytları desktop versiyada açır və bu da MB'nı çox yeyir.Opera mini isə daha əlverişlidi..

Breathtaking (2015-08-14 09:15:05)
Onu deyim ki, bu problemlə mən və mənim bir neçə tanışımda qarşılaşır. Sadəcə Bakcellin fırıldağlarıdı.

Anar96 (2015-08-13 18:06:44)
Yəqinki internetə girərkən hansısa proqramların yenilənməsi işə düşür. Bu yenilənmə arxa fonda baş verdiyi üçün sizin də bundan xəbəriniz olmur. Yenilənmələri deaktiv edin