Yeni yaradılmış sayt barədə İdeya!

Salam. Sualım biraz kiməsə qəribə gələ bilər ama Googlede bir çox axtarışlardan sonra qərara gəldim sualı bura yazım bəlkə konkret fikir bildirən oldu, çünki bundan əvvəl buradakı məsləhətlər çox köməyimə çatıb. Dilimizdə xalq təbabəti deyilən birşey var, mən bunu öyrənmək və tətbiq etməklə dərindən məşğulam və google-da axtarışlarım nəticəsində məlum oldu ki, bizim və hətda English dilində bununla bağlı konkret bir əsaslı sayt yoxdur. İndi iki daş arasında qalmışam bir blog açıb məqalələri ora yerləşdirməkmi yoxsa yeni bir yaxşı sayt açmaq? Deyim ki, yazılar ancaq English dilində olacaq və xalq təbabətinə təkcə nəzəriyyə yox praktiki olaraqda aydınlıq veriləcək. Sizin fikriniz mənim üçün önəmlidir, yeni bir sayt açıb, domen və hosting alıb fəaliyyət göstərmək yoxsa bunu Wordpress kimi hazır yerdə bloq açaraq məqalələri bölüşmək? Qeyd: (Bu barədə hələ heç fikrimdə yoxdur açığı ancaq ola bilər ki, 1-2 ildən sonra saytdan və ya blogdan gəlir mənbəyi kimidə istifadə olunsun. Reklam və s. üsullarla)

Verilmiş cavablar və yazılan şərhlər (2 cavab var)

Software Developer (2015-08-17 00:22:38)
Hər bir halda ayrıca domen yaxşıdır. Host isə wordpress.com da olar. Domeni ora bağlamaq olur

Əli (2015-08-16 18:32:42)
şəxsən mənim, zəhləm gedir, nədənsə asılı olmaqdan.sizə kim qaranti verə bilər ki, sabah bloqu açdığınız sayt fəaliyyətini dayandırmayacaq?həm də ki, insanlar da uzun domenli, domenində iki nöqtə olan saytdansa, rahat birini sevərlər..