Alinmış domeni yenidən almaq

Salam məsələn biri domein alir və ikinci il pulunu vermir həmin domeini basqasi ala bilər yoxsa yox

Verilmiş cavablar və yazılan şərhlər (4 cavab var)

Əli (2015-08-17 17:36:34)
aydınıaşdırdığınıza görə, çox sağ olun

Software Developer (2015-08-17 15:49:11)
Əgər domen əvvəl sizin olubsa müddət bitibsə onu kim istəsə ala bilər, burada müəlliflik hüququ yoxdur, çünki domeni siz sadəcə icarəyə götürürsüz, şəxsi sizin deyil. Müəlliflik hüququ o halda yarayar ki, domen sizin hər yerdə hüquqi tanınan trademark - yəni əmtəə nişanınız olsun və kimsə o domeni işlətsin. O halda siz o domenin satıldığı ölkənin məhkəməsi ilə o domeni ələ keçirə bilərsiniz. Məsələn apple . az kimsə alsa Apple gəlib onu Azərbaycan məhkəməsi ilə rahat ələ keçirə bilər.

Əli (2015-08-17 15:45:55)
düz deyirsiz, mən də elə şeyləri çox görmüşəm.bəs müəlliflik hüququ deyilən bir şey burda heç içə yaramır?

Software Developer (2015-08-17 12:35:32)
Əlbəttə. Vaxtında ödəməsəz domen əldən çıxır. Əslində domen azad olmalıdır və kim istəsə onu almalıdır, amma reallıqda elə deyil, dünyada yayılmış bir tip ticarət şəbəkəsi var, domeni onlardan biri mütləq ələ keçirir və təkrar satış üçün hərraca çıxarır. Başlanğıc qiyməti də müxtəlif meyarlara əsaslanıb təyin edirlər. Hardasa təxminən 50-60$ olur ən aşağı qiymət. Yuxarı isə nə qədər istəsəz. Məsələn mənim bir domenim vardı .com ilə, müddəti bitdi uzatmadım, onlar ələ keçirdi. Sonra mən .net ilə aldım eyni domeni və bir neçə ilə həmin layihə xeyli tanındı, məhz tanınmasına görə də həmin dəllallar .com domenini 50 min $-a satırdılar. 1-2 il keçdi təbii ki mən almaram və məndən başqasına da maraqlı deyil, indi hardasa 10 minə təklif edirlər. Yəni hər bir halda çox baha. Yəni mən ən azı o qədər verməliyəm o domenə əgər almaq istəsəm.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Reseller hostinq almaq istəyirəm

Ən yaxşı dedicated server?

Domeni idare etmək

Domen qeydiyyat

Domain Satışı

Extra.az domeni nəcə qiymətlenədirəesiz?