ebay malın gəlməyi

Salam ebaydan bir şey aldım ödəməni zadı elədim belə bir mesaj gəldi emailə "Hi Shukur - Order confirmed. eBay will update you when your order ships to Adres" Adresi zadı düz yazmışam poçt indeksin də Nərimanovdakı bir poçtun indeksin yazmışam indi mən bunnan sonra nəsə eləməliyəm ya yox? Gələndə neçə günə gəlir təxmini birdə gələndə mən hardan biləcəm?

Verilmiş cavablar və yazılan şərhlər (3 cavab var)

Software Developer (2015-09-01 01:21:36)
əslində evə gətirməlidirlər e poçt elə bu deməkdir. bizimkilər sadəcə nəsə əcaib işləyir son zamanlar. özünüz istəmədikcə hələ hələ gətirmirlər. amma poçt sizə zəng və ya sms yazsa siz də əlaqə saxlayıb gətirmələrini desəz gətirərlər

BRaNCoS (2015-08-31 21:02:07)
Bes mende Nerimanovdan bir indeks kodunu yazmışam ama bize uzağdı eslinde Lökbatan imiş biz Xetaide qalırıq . Telefonuma mesaj geldi " Size xidmet gösteren poçt adresinden alabilersiniz " deye nömrede veribler ama nömreni tutturabilmirik . Eger istesek eve getirirler paketi yoxsa gedib yerinden almalıyıq ?

Software Developer (2015-08-17 13:27:18)
Heç nə etmək lazım deyil. Neçə günə gəldiyini malı alarkən shipping bölməsində satıcı özü deyir. (pulsuz və ya ucuz çatdırmalarda adətən 3-4 həftəyə, bahalı çatdırmalarda isə 4-5 günə gəlir) Gələndə sizə poçt zəng edəcək, təbii ki, əgər telefon nömrənizi ebayda çatdırma ünvanında yazmısınızsa. Bundan başqa əgər pullu çatdırma növüdürsə ebay sizə tracking nömrə göndərməlidir maillə(ship olandan sonra). O tracking nömrə ilə mal hazırda hardadır daim bilmək olur. Çatanda da eyni qaydada bilmək olur. Amma ucuz çatdırmadırsa tracking yoxdursa, yalnız poçtun zəngini gözləyin və ya səs çıxmasa 1 ay sonra özünüz poçta gedin.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Ebay 30 days money back

Elektron alış-veriş

Ebay qeydiyyatda mobil nömrə

Telefon sifarişi

Mahnı reklamı

Aliexpressdeki bu Xıaomı 5plus-ların nə fərqi var?