css-də fixed navbar-ı biraz sağa çəkmək

Salam. Saytıma fixed navbar əlavə etmişəm. Hər şey yaxşıdı. Amma saytda aşağı düşəndə (aşağı scroll edəndə) fixed navbar biraz sola gedir. Yəni ki, düz xəttdən çıxır. Bunu necə eləyə bilərəm ki, öz mövqeyini dəyişməsin? Sual ayın olmadısa linkə daxil olun və biraz aşağı edin. Özünüz görəcəksiniz... https://azbay.az/

Verilmiş cavablar və yazılan şərhlər (1 cavab var)

Software Developer (2015-08-18 11:31:14)
Saytın css-i standartlardan kənar, yanlış konseptlə yığılıb, ona görə də bu tip problemlər qaçılmazdır. Hələ bir az fərqli ekranlarda baxın, aləm qarışacaq bir-birinə. Odur ki, yaxşı olar ki görünüşü saxlamaqla saytı profesional css ilə yığdırasınız. Konkret u problemin səbəbi isə budur: Sağa qaçan fixed header əslində doğru durur, doğru durmayan əvvəlkidir, süni şəkildə eni artırılıb. Yəni əvvəlkinin süni artımının qarşısını alıb sonra birgə həll etmək daha yaxşı olar. Və ya qısa amma köklü olmayan həll istəyirsizsə css-ə bunu yazın [code] @media (min-width: 1200px) { .fixed { width: 1210px; } } [/code]