gömrük rüsumunun onlayn ödənilməsi

salam. mən irandan telefon gətirmək istədim. amma gömrük işçiləri dediki rüsum alacağıq. mən kommersiya məqsədləri üçün gətirmirəm. sadəcə bir ədəd gətirəcəm. deyəkki rüsumu verdim. mən verdiyim rüsuma qəbz alıb onlayn ödəyə bilərəm həmin rüsumu. birdə qanunda hansı maddələrlə mənə rüsum tətbiq edə vəya etməyə bilməz, onlaynda həmçinin qanunda hansı maddələrdə göstərilib bilimki sözümü deyə bilim. Cavab yazan hər kəsə minnətdaram

Verilmiş cavablar və yazılan şərhlər (4 cavab var)

Bextiyar Azeroglu (2015-08-19 14:07:26)
Qardaş yuxarıda yazbkı özünə alır məndə deyirəmki öz üstündə gətirsə heç bir problem olmaz. Əvvəllər 4 telefon gətirə bilərdiz, amma bu son söz söbətdən sora inanmıram imkan verələr. karqoyla mal gətirəndə isə bilinirki satış xarekterli gətirirsiz. Bilsəmki gömrükdə o dediyiniz 200azn dan əlavə pul almayacaqlar gedib bir tır telefon gətirərdim) düzü şəxsən gömrüyə ayağım dəymiyib ama inanmıramki haqqlarını biləndən sora kimsə sənə söz deyə bilər. Öz üstündə olan telefona qarışa bilməzlər. (təbiiki sayı 4-5dənə olmasa)

Breathtaking (2015-08-19 12:40:59)
Qanunda Deklarasiya barədə heç bir şey yoxdur ancaq hər bir kəs çəkisindən asılı olmayaraq yük gətirəndə deklarasiya pulu (200 manat) ödəyir. Soruşanda bu harada yazılıb deyirlər yuxarılar təyin edib bu məbləği! Şikayət ediləndə işin uzanır və yüküvə görə hələ saxlanc puluda pulun üsdünə gəlir. Şikayətə baxılmır və yenədə uduzan tərəf sən olursan. Hamı deyir get belə de, elə et, şikayət elə. Deyənlərin çoxsuda gömrükdə bu vaxta kimi olmayan insanlar olur, bircə dəfə yolunuz karqodan düşsün görün nələr baş verir.

Bextiyar Azeroglu (2015-08-19 00:07:13)
o rüsum alacıyıq deyən şəxsə deyinki get qanun qayda oxu. 30gün ərzində 1000azn lıq limit var hər adama. (poçtla gələn mallara) əgər üstünüzdə gətirirsizsə telefonu ümümiyətlə rüsum alammaz (yəni ola bilərki 20-30minlik verty gətirsəz) şəxsi mal sayılır ona da rüsum tətbiq edilmir. telefonu alın qoyun cibinizə gəlin heç kim heç bir rüsum tələb edəmməz.

Maqa (2015-08-18 23:54:25)
bütün bunların cavabı http://customs.gov.az/az/ bu saytda var araşdırıb tapa bilərsiniz