C-də argc, argv

Salamlar cavablar.net əhlinə :) [code] int main(int argc, char *argv[]){ //Operations } [/code] Burada mötərizədəki (int argc, char *argv[]) hissənin mənası nədir? Birdə char *argc[] yerinə **argc yazanda da işləyir eyni şeydi bunlar?

Verilmiş cavablar və yazılan şərhlər (1 cavab var)

ahmed (2015-08-21 20:48:12)
Salam. [code]int main(int argc, char *argv[])[/code] main funksiyası. proqramın icraya başlama yeri. iki arqument qəbul edir: tam tipli argc, char ** tipli argv. İzahı: bu arqumentlər proqrama ötürülən arqumentlər adlanır, yəni proqramı yükləyən istifadəçinin həmin proqrama ötürdüyü arqumentlər. argc , argument count main -ə ötürülən arqumentlərin sayını bildirir, qiymətlər isə argv -da saxlanılır - argument value. aşağıdakı proqram nümunəsində onların mənası izah olunur. [code] #include using namespace std; int main (int argc, char *argv[]){ int i; cout<<"main funksiyasinin arqmentleri \n"; cout<<"arqmentlerin sayi "<<argc<<"\n"; cout<<"arqmentler \n"; for (i=0; i<argc; ++i) cout<<"arg["<<i<<"] = "<<"\""<<argv[i]<<"\"\n"; } [/code] Test: C:\Users\Aspire> C:\Users\Aspire> C:\Users\Aspire>prg main funksiyasinin arqmentleri arqmentlerin sayi 1 arqmentler arg[0] = "prg" C:\Users\Aspire>prg hey main funksiyasinin arqmentleri arqmentlerin sayi 2 arqmentler arg[0] = "prg" arg[1] = "hey" C:\Users\Aspire>prg hey salam main funksiyasinin arqmentleri arqmentlerin sayi 3 arqmentler arg[0] = "prg" arg[1] = "hey" arg[2] = "salam" C:\Users\Aspire> argv cərgəsinin ilk elementi argv[0] həmişə proqramın adını özündə saxlayır. char **argv ilə char *argv[] və ya char argv[][] hər üçü eyni şeydir. char tipli ikiqat göstərici. C -də göstəricilər ilə cərgələrin (array) əlaqəsi bu cür yazılışa imkan verir. Aşağıdakı keçiddə bu arqumentlərdən istifadəyə aid nümunə göstərilir: http://ilkaddimlar.com/Unix/765/Fayllar 2.4 Close sistem çağırışı bölməsinin prg_2_1.c nümunə proqramının izahına baxmalı.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

C# və ya 1C seçimi

proqramlaşdırma üçün vəsaitlər

Proqramlaşdırma dili

c diskini bölmək

Proqramlaşdırma

C#-da prosesə progress bar qoşmaq