Assembler mənbə

Salam axır ki ilk assembler proqramın işlədə bildim gözəl hissdi :) Amma internetdə tapdığım kodların çoxu nəsə işləmir ilkaddımlardakı kodların heç biri işləmir məndə bu niyə görə belə olur?

Verilmiş cavablar və yazılan şərhlər (8 cavab var)

Şükür Hüseynov (2015-08-25 11:06:31)
Axırki işlədə bildim :) Çox sağolun minnnətdaram sizə sizin o kitab olmasa necə öyrənəcəkdim bunu bilmirəm çox sağolun

ahmed (2015-08-25 07:27:35)
Zəhmət olmasa işləməyən kodu və daxil etdiyiniz əmrləri də göstərin.

Şükür Hüseynov (2015-08-25 00:48:07)
Nasm yükləmişəm aşağıdakı kod işləyir nasm ilə [code] section .text global _start ;must be declared for using gcc _start: ;tell linker entry point mov edx, len ;message length mov ecx, msg ;message to write mov ebx, 1 ;file descriptor (stdout) mov eax, 4 ;system call number (sys_write) int 0x80 ;call kernel mov eax, 1 ;system call number (sys_exit) int 0x80 ;call kernel section .data msg db 'Hello, world!',0xa ;our dear string len equ $ - msg ;length of our dear string [/code] Bu əmrlərlə: $ nasm -f elf yeni.asm $ ld -s -o yeni yeni.o

Şükür Hüseynov (2015-08-25 00:42:30)
Orda yazıldığı kimi eliyirəm as ilə başlayan ilk əmri yazanda səhv olur yazır: prg1.s: Çevirici iletileri: prg1.s:3: Hata: sembol adı beklendi.

ahmed (2015-08-24 23:28:06)
İlkaddimlardakı kodlar nasm -da yox, as -de işleyir. O birinci buraxılışdı. Aşağıdakı keçidden 2-ci buraxılışı yükle. Orada kompilyasiya ve icra qaydası gösterilib. Assembler 2

Şükür Hüseynov (2015-08-24 22:48:53)
Mən elə linux işlədirəm nasm ilə kompilyasiya eliyrəm amma ilkaddımlardakı kodların heç biri işləmir tutorialpoints.com da online asm kompilyatorundakı hello word kodu problemsiz işləyir

ahmed (2015-08-24 15:44:47)
İlkaddimlardakı kodlar linux üçün tertib olunub , windowsda işletmek üçün müvafiq GNU proqramlarının (as, ld, gdb) windows versiyasın yüklemek lazımdır, MinGw layihesi, sourceforge.net

ahmed (2015-08-24 15:39:16)
Zehmet olmasa işlemeyen kodu yazın.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Linuxda Assembler dili ilə proqramlaşdırma

Assembler kompilyator

Elan: Assembler kursları

Assemblerdə böyük ədədlər hesablanmır