Dövlət işində və ya hansısa şirkətdə işləyə işləyə universitetdə oxumaq mümkündür?

Salam. Mən texnikomda oxuyuram. 2 ilə bitirirəm inşallah. 2-3 il sonra işə girdim tutaq ki. Hansısa bir şirkət və ya dövlət işi. İşdə ola ola 2ci dəfə uniyə imtahan verib oxuya bilərəm işləyərək?

Verilmiş cavablar və yazılan şərhlər (5 cavab var)

Breathtaking (2015-09-01 16:04:17)
Dövlət işində təbii ki, işləyə bilməz ancaq özəl işdə işləyə bilməməsi barədə heç bir qanun hələki yoxdur, ümumiyyətlə isə bu əslində səhv addımdır. Çünki məsələn BDU-da Kimya fakultəsində oxuyan bir insan universitetdən sonra hər hansı bir labaratoriyada işləyərək həm praktiki olaraq çox şey öyrənə bilər, həm də maliyyə durumunu yaxşılaşdıra bilər. Bunun nəyi pisdiki?!

Software Developer (2015-09-01 10:19:36)
Söhbət dövlət işindən gedir. Mən də işləyirdim tələbə olanda ona qalsa. Bir məqam da var ki, qanuna baxmaq lazımdır ki, özəl şirkətlərlə bu durum necədir. Bir çox ölkələrdə buna qəti icazə yoxdur. Yəqin ki bizdə də belə olar. İşləyənlər də əksəri əmək müqaviləsi olmadan işləyir deyə tələbə olub olmamasının heç bir əhəmiyyəti qalmır. Qaçaq işlər. Qərb ölkələrində isə tələbələr işləmək istəyəndə əsasən günəmuzd işlərdə işləyirlər, hansı ki tələbə olub olmamasını soruşan da olmur. Türkiyədə isə bizə bənzərdir durum, qaçaq işləyir tələbələr, qanun qadağan edir deyə.

Breathtaking (2015-09-01 10:15:23)
O harada yazılıb ki, işləyən insan yalnız qiyabi oxuya bilər? Mən elə insanlar tanıyıram günortaya kimi universitetdə oxuyur sonrada gecə 11-ə kimi oteldə resepşində işləyir. O,qədər növbəli işlər varki.

Software Developer (2015-08-31 12:19:48)
Bəli, amma yalnız qiyabi.

Bextiyar Azeroglu (2015-08-31 11:33:08)
neche defe isteseniz uni oxuya bilersiz. sadece iwlediyiniz ucun qiyabi oxumali olassiz.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Qızlar hərbidə necə işə qəbul olur?

Universitetlərdə proqramlaşdırma

Universiyetlərdə dizayn nə üzrədir?

Work and travel üçün nə qədər xərc tələb olunur?

programistlik haqda məlumat əldə etmək istəyirəm.

Sifarişçi ilə rəsmi müqavilə