vergi-nin verilmə qaydası

salam, hansısa bir obyekt işlədirəm məsləçün. gündəlik dövrüyə ortaq götürsək 100azn olsa bunun hamısın kassaya vururam deyək. kassa vurulan hər summanın 4% i dövlətə gedir. bunu anladım. gündə 4azn belə getdi dövlətə bəs 3aydan bir vöen-ə görə verilən hesabatda nə qədər odəməliyəm? həmin o hesabat ödənilən pulu nəyə əsasən verirəm? vöen-i 3aylıq ümumi summaya görə neçə % alırlar? 195-ə zəng elədim ancaq operator danışırdı. xaiş edirəm bilən varsa ətraflı başa salardı. birdəki vöen qeydiyyatı pulsuzdu?

Verilmiş cavablar və yazılan şərhlər (4 cavab var)

elliston (2015-09-05 10:45:29)
DMSF-a da hesabat verməlisiz hər rüb. bu işləri mühasibə tapşırsanız yaxşı olar bu işləri görən şirkətlər var

Software Developer (2015-09-01 09:35:21)
onu artıq mühasibat şirkətlərindən və ya mütəxəssislərindən biri ilə dəqiqləşdirə bilərsiniz. Çünki burada artıq xırda detallar da ola bilər. N qədər dövlət müəssisəsi var. Əsas ödəniş isə vergi və sosial müdafiə fondudur bəli. İşçi varsa işçinin maaşından tutularaq ödənilir 14+3=17%.

Bextiyar Azeroglu (2015-09-01 01:40:27)
bəs bunlardan əlavə haralara pul ödənilir? səhv etmirəmsə pensional ödəniş edilir. sora işçi varsa ona görə əlavə vergi verilir? bunlar nə qədərdir?

Software Developer (2015-09-01 01:20:08)
vöen qeydiyyat tam pulsuzdur. 4% elə 3 ayda bir olandır da. gündəlik 4% heç kimə vermirsiz. pul hamsı sizdə qalır. sonra 3 ayda bir hesabat verirsiz ki bu 3 ayda bu qədər qazanmışam və hesablanan vergi dərhal adınıza borc kimi yazılır. Siz də gedib banka ya onlayn ödəyirsiz.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

İşıq pulunu internet vasitəsilə ödəmək

ADSENSE ödəməsi

CDMA Nömrəsində internet Olurmu?

Internet sürəti zəiflədi.

Youtube vergi ödemek barede

Nokia 2600-classic internet problemi